Nazir: “Ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədləri zor gücünə dəyişdirilə bilməz”

"Avropa İttifaqı "Şərq tərəfdaşlığı" proqramının iştirakçı dövlətlərin Bakı görüşündə bütün ölkələr ərazi bütövlüyü və suverenliyinin tərəfdaş ölkələrin ərazisindəki sabitliyin əsas şərtlərindən biri olduğu qeyd edilib". SİA-nın məlumatına görə, bunu Aİ-nin "Şərq tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin XİN rəhbərlərinin dördüncü qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib: "Görüşdə vurğulandı ki, "Şərq tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin XİN rəhbərlərinin dördüncü qeyri-rəsmi görüşünün bütün iştirakçıları ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədləri zor gücünə dəyişdirilə bilməz. Bu, həll olunmamış münaqişələrdən əziyyət çəkən bütün ölkələrin vahid fikridir".

E. Məmmədyarov bildirib ki, eyni zamanda görüşdə ölkələrimizdə demokratik islahatlar, vətəndaş cəmiyyəti, enerji təhlükəsizliyi, viza məslələri ilə bağlı müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...