Ştefan Füle: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birtərəfli tədbirləri Aİ dəstəkləməyəcək”

Ştefan Füle: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birtərəfli tədbirləri Aİ dəstəkləməyəcək”

"Dağlıq Qarabağ və Krım münaqişələrini müqayisə etmək düzgün deyil. Çünki Ukraynanın bir hissəsi olan Krımda qanunsuz anneksiya baş verib". SİA-nın məlumatına görə, bunu Bakıda keçirdiyi mətbuat konfransında Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle bildirib.

Ş.Füle deyib ki, Krımın qanunsuz anneksiyası məsələnin danışıqlar yolu ilə həllini mümkünsüz edir: "Ancaq Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquqi çərçivə mövcuddur. Yəni, münaqişənin dinc yolla həli üçün beynəlxalq prinsiplər var. Münaqişənin həlli üçün iki ölkənin iradəsi olsa, Aİ buna dəstək verəcək. Birtərəfli tədbirlər isə bizi bu məqsəddən uzaqlaşdıracaq".

Bütün xəbərlər Facebook səhifəmizdə