Novruz Məmmədov: “Sarkisyan Krılovun təmsillərində olan obrazlara bənzəyir” AÇIQLAMA
"Ermənistan prezidenti və onun mətbuat rəhbəri sammitlə bağlı özünəməxsus şərhlər yazmağa başladı". SİA-nın məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu gün keçirdiyi mətbuat konfransında Uelsdə NATO-nun sammitində Ermənistan prezidenti Serj Sarksiyanın çıxışını şərh edərkən deyib.
Novruz Məmmədovun sözlərinə görə, bu çıxış elə idi ki, sanki heç kimin heç nədən xəbəri yoxdur: "Məhz buna görə də Ermənistan tərəfi özünə yeni bir taktika seçib. Ola bilsin ki, kimlərinsə bu məsələdən xəbəri yoxdur. Bununla belə onun Azərbaycan haqqında müəyyən fikirləri də olub.
Mən dəfələrlə müşahidə etmişəm ki, görünür ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri və onların rəhbərləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqət yetirirlər. Bu nöqteyi-nəzərdən onlar yeni taktika seçməyə başlayıblar. Beləcə, Ermənistan tərəfini özünü başqa cür təqdim etmək istəyir.
Rəsmi İrəvan bu taktikanı dəfələrlə nümayiş etdirir. Erməni siyasətinin arsenalı bu cür nümunələrlə doludur. Belə ki, S.Sarkisyan görüşləri, çıxışları zamanı tam riyakarlıqla üçüncü tərəfi aldatmaq və ona yalan məlumatlar vermək üçün sözün həqiqi mənasında "xamilyon"a çevrilir. Əli yüzlərlə uşağın, qadının, qocanın qanına batmış bu şəxs bir vaxt bunu özü də etiraf edib. Unudur ki, bu əslində bir terrorçudur. Beləcə o terrorçu kimi atdığı addımlara, törətdiyi qətillərə görə bir gün cavab verəcək. O, yaddan çıxarır ki, havadarları əlini onun üzərindən çəkən kimi İraqda, Suriyada, Əfqanıstanda və digər yerlərdə axtarılan terrorçularla bərabər tutulacaq və yeri ona göstəriləcək. Sarkisyan bilməlidir ki, bu gün onun əməllərinin cəzasını "məzlum" erməni xalqı çəkirsə, sabah bunu onun özü çəkəcək. O bilməlidir ki, heç də hər kəsi aldada bilməz. Amma artıq Sarkisyanın özünün bunları dərk etdiyini başa düşmək olur. Bu hal isə artıq onun psixi durumuna dərhal diqqəti cəlb edir. Çünki son vaxtlar ən mötəbər görüşlərdə belə o özünü adekvat, normal apara bilmir. Onun davranışının bir sıra psixi xüsusiyyətləri özünü büruzə verir. Beləcə o birdən-birə coşaraq əl-qolla hərəkət edir və üzü qəribə formaya düşür. Onun yaşadığı terrorçu həyatı, törətdiyi əməllər öz təsirini göstərməyə başlayıb. Düşünürəm ki, bu hələ başlanğıcdır. Çünki başqa cür də ola bilməz. Belə ki, artıq 25 ilə yaxındır ki, Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlayaraq beynəlxalq birliyə utanmadan yalan məlumatlar verməklə özü də anlamır ki, o, Lafontenin, Krılovun təmsillərində olan obrazlara bənzəyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB