Millət vəkili: “Prezidentlərin növbəti görüşündən ciddi nəticə gözləmirəm”

Millət vəkili: “Prezidentlərin növbəti görüşündən ciddi nəticə gözləmirəm”

"Azərbaycan Prezidenti İlham Əliyev öz ixtiyarı olmayan, hakimiyyətə gəlişi böyük dövlətlər tərəfindən təmin olunan, iqtisadiyyatı çökən, xalqı tərəfindən qəbul olunmayan, Dağlıq Qarabağın işğalı üzərindən hakimiyyətə gələn və müvəqqəti hökumət başçısı obrazı yaradan, öz sözünün deməyə qadir olmayan Ermənistan prezidenti Serj Sarkisyanla Uelsin paytaxtı Kardifdə görüşsə belə, bu görüşdən müsbət heç nə gözləmirəm. Bunu SİA-ya millət vəkili Fəzail İbrahimli deyib.

Millət vəkili bildirib ki, Sarkisyan həmişəki kimi ağası, böyüyü nə buyursa onu edir: "Ermənistan prezidenti Serj Sarkisyandan fərqli olaraq, Azərbaycan Prezidenti İlham Əliyev söz sahibidir və dövlətinin mənafeyini istənilən formada ifadə edə bilər. Ölkə başçısının konstitusion hüquqları var və ondan istifadə edə bilər. Sarkisyan isə müstəqil şəkildə qərar qəbul edə bilmir. Ona görə də bu görüş baş tutarasa belə elə də ciddi nəticə gözləmirəm".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın ABŞ Dövlət katibi Con Kerrinin vasitəçiliyi ilə görüşü nəzərdə tutulur. Azərbaycan və Ermənistan prezidentlərinin NATO sammiti çərçivəsində görüşə biləcəkləri haqda bu günlərdə Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik də bildirib. Rəsmi Bakı hələlik bu görüşün mümkünlüyü şərh etmir. Eləcə də Ermənistan tərəfi prezidentlərin görüşünün razılaşdırıldığını rəsmən təsdiq etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə