Kaliforniya Senatının Dağlıq Qarabağla bağlı qətnaməsindən növbəti məlumat

ABŞ Dövlət Departamenti Kaliforniya Senatı tərəfindən Dağlıq Qarabağa dair qəbul edilən qətnaməni ştatın öz məsələsi hesab edir. SİA-nın Dövlət Departamentinin saytına istinadən verdiyi xəbərə görə, Departamentin sözçüsü Cen Psaki keçirdiyi brifinq zamanı bildirib ki, Kaliforniya Senatı tərəfindən Dağlıq Qarabağ üzrə qəbul edilən qətnaməyə dair heç bir şərh vermək istəmir, belə ki, bu, sözügedən ştatın məsələsidir.

Xatırladaq ki, Kaliforniya ştat Senatı Dağlıq Qarabağa dair AJR 32 saylı qətnamə qəbul edib.

Azərbaycan öz növbəsində Kaliforniya Ştat Senatının Dağlıq Qarabağa dair qərəzli qətnaməsinə etiraz edib. Ölkəmizin Los Ancelesdəki Baş Konsulluğunun bu məsələ ilə bağlı bəyanatında deyilir ki, bu, əsl siyasi korrupsiyadır. Qətnamə gündəliyə gətirilən andan Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən bütün senatorlara dəfələrlə məktub göndərilib, onlarla çoxsaylı görüşlər keçirilib, qətnamənin tam qərəzli olduğu, ABŞ xarici siyasətinə zidd olduğu, o cümlədən etnik təmizləməyə, qanunsuz işğala haqq qazandırdığı diqqətə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə