"Qərəz, şər, yalan və böhtan hər zaman yarı yolda qalıb" ETİRAZ

İradə Əliyeva: “Niyə Gürcüstanda 90 nəfər siyasi məhbusla bağlı hər hansı hesabat, bəyanat səsləndirilmir?”

"Ümumiyyətlə, Azərbaycanda "siyasi məhbus" anlamını izah edə biləcək heç bir tərif, ya da motiv yoxdur". Bu fikirləri SİA-ya açıqlamasında Zəngin Azərbaycan Uğrunda İctimi Birliyinin (ZAUM) sədri İradə Əliyeva Beynəlxalq Vətəndaş Cəmiyyəti Forumunun ölkəmizdə "siyasi məhbuslarla" bağlı yaydığı qərəzli bəyanata münasibətini bildirərkən deyib.

ZAUM sədri bununla bağlı qeyd edib ki, sözügedən məsələ hər zaman ölkəmizin yüksələn imicinə zərbə vurmağa çalışan qüvvələr tərəfindən süni şəkildə qabardılır və burada ilkin məqsəd kimi Qərbdə fəaliyyət göstərən qaranlıq siyasi dairələrin Azərbaycana təzyiq göstərməsi amili dayanıb: "Bu gün güclü Azərbaycanın daha da qüdrətlənməsi söz yox ki, bir sıra dairələri ciddi şəkildə narahat etməyə başlayıb. Bu baxımdan, hazırda həbsə olan, istintaqları gedən və haqqlarında məhkəmə hökmü çıxarılmayan insanlara indidən "siyasi məhbus" donunu geyindirmək sadəcə ölkəmizə qarşı yönələn təzyiqin bir hissəsi kimi qiymətləndirilməlidir. Əlbəttə ki, burada daxilimizdə olan, yəni sapı özümüzdən olan baltaların da fəaliyyəti şübhəsizdir. Onlar müəyyən müdafiə komitələri yaradaraq, məhz onları idarə edən tərəflərin təlimatlarını canla-başla icra edirlər. Əlbəttə ki, burada da şəxsi mənfəətlərin dayanması mövcuddur. Çünki bildiyimiz qədər hər hansı müdafiə komitəsi yaradılarkən, onun maliyyələşməsi üçün qrantlar ayrılır. Məhz bu qrantları əldə etmək üçün indi də müdafiə komitələri yaradılır. Onlar guya həbsə olan insanların "müdafiəsini" təşkil edirlər. Ancaq sual yaranır ki, müdafiə komitələri adı altında fəaliyyət göstərən qrant həvəskarları burada nə qədər səmimidirlər?".

İradə Əliyeva eyni zamanda vurğulayıb ki, belə bəyanatların yayılması həm də Qərbdə fəaliyyət göstərən erməni lobbisinin canfəşanlığı sayəsində yaranır: "Əlbəttə ki, xarici ölkələrdə fəaliyyət göstərən erməni lobbisi də burada öz rolunu oynamaqdadır. Demək belə anlaşılır ki, yuxarıda da qeyd etdiyim kimi, sapı özümüzdən olan baltalar eyni zamanda erməni lobbisinin maraqlarını müdafiə edirlər. Çünki o da bəllidir ki, nə Leyla və Arif Yunuslar, nə Rauf Mirqədirov, nə Rəsul Cəfərov nə də di digərləri heç də siyasi motivlərlə həbs olunmayıblar. Onlar ilk növdədə Vətənə xaəyanətdə, erməni kəşfiyyatına işləməkdə, vergidən yayınmaqda və s. məsələlərdə ittiham olunurlar. İstintaq gedir, ancaq istintaq başa çatmamış onların hər birinin üzərlərində "siyasi məhbus" donu olur. Demək, bütün bunlar öncədən planlaşdırılmış məsələlərdir.

Digər tərəfdən, əgər xatırlayırsınızsa, Rauf Mirqədirov yeni həbs edilərkən, o demişdi ki, Ermənistanda apardığı danışıqlarda, görüşlərdə tək olmayıb. Məgər bütün bunlar Vətənə xəyanətdə Leyla və Arif Yunuslıar üçün, onları "siyasi məhbus" elan edənlər üçün sübut deyilmi?

Yaxud, Leyla Yunus daha öncədən bəyan edirdi ki, onu da həbs etsinlər. Bu da Azərbaycana qarşı sabotaj addım hesab edilə bilməzmi? Təbii ki, belə bir ajiotajların, şər və böhtanların, nəhayət, bəzi beynəlxalq ququrmların yaydıqları qondarma, qərəzli bəyanatlarının arxasında bir faktor dayanıb – Ya öz maraqlarını burada təmin etmək, ya da təmin olunmadığı halda ölkəyə qarşı mənfur təzyiqlər etməyə cəhdlər göstərmək".

"Əlbəttə ki, belə cəhdlərin qarşısı alınıb, bu gün də alınmaqdadır"-deyə qeyd edən İradə Əliyeva daha bir maraqdoğurucu məqama toxunaraq vurğuladı ki, təkcə qonşu Gürcüstanda 90 nəfərə qədər siyasi motivlərlə bağlı həbs olunan insanlar var: "Bu gün Gürcüstanda belə insanlar var və onların hər biri bilavasitə siyasi baxışlarına, fəaliyyətlərinə görə həbs ediliblər. Və nəyə görə belə olan halda – Azərbaycanda "siyasi məhbus" olmadığı bir vəziyyətdə bəzi beynəlxalq təşkilatlar bu və ya digər şəkildə qərəzli bəyanatlar səsləndirərkən, Gürcüstanda baş verənlərə biganə qalırlar. Niyə Gürcüstanda mövcud olan 90 nəfər siyasi məhbuslarla bağlı hər hansı hesabat, bəyanat səsləndirilmir? Demək, biz burada bir daha Qərbin ölkəmizə qarşı yürütdüyü ikili standartların şahidi oluruq. Ancaq son olaraq, bir amili vurğulamaq istərdim. Yalan ayaq tutar yeriməz. Bu dəfə də belə olacağına kimsənin şübhəsi olmasın. Çünki qərəz, şər, yalan və böhtan hər zaman yarı yolda qalıb".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə