YAP Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədovun SİA-ya müsahibəsi
- Namiq müəllim, bu gün bəzi qüvvələr ölkəmizin inkişaf və tərəqqisinə qarşı hər cür addımlar atmağa cəhd edirlər. Sizcə, bu kimi cəhdlərin arxasında daha hansı amillər dayanıb?
- Prezident İlham Əliyevin Beyləqan və Füzuli rayonlarına etdiyi səfər əlbəttə ki, ölkə ictimiayyəti tərəfindən də yüksək əhval ruhiyyə ilə qarşılandı. Bu, bir daha göstərdi ki, cəbhə bölgələrində olan rayonlara, orada yaşayan, çalışan insanlara diqqət və qayğı davamlı şəkildə göstərilməkdədir. Eyni zamanda sübut olundu ki, orada unsanların firavan, rahat yaşamaları üçün hər cür şərait mövcuddur. Çünki həmin insanlar yaxşı yaşamağa layiqdirdlər. Ölkə başçımız da bu istiqamətdə əlindən gələni etməkdədir. Cənab Prezident səfəri çərçivəsində orada görüşlər də keçirdi və həmin görüşlərdə bir sıra əhəmiyyəti məqamlara toxunaraq fikirlərini bildirdi.
Prezident İlham Əliyev xüsusilə vurğuladı ki, bu gün ölkənin inkişaf və tərəqqisini gözü götürməyənlər var və ölkəmizdə fəaliyyət göstərən radikal qüvvələr də həmin dairələr sırasında yer alıblar. Belə ki, istər siyasi partiyalar olsun, istərsə də bəzi QHT-lər olsun, onların fəaliyyətləri dövlətçilik maraqlarına qətiyyən xidmət etmir. Təbii ki, burada bir nömrəli məsələ də budur ki, onların başında duran tərəflər həm siyasi, həm də digər məsələlərdə keyfiyyətsizdirlər. Yəni ilk növbədə, Azərbaycanın sürətli inkişafını gözü götürməyənlər xalqın, dövlətin maraqlarından qat-qat uzaqda dayananlardırlar. Bu gün həmin tərəflər özlərini müxalifətçi adlandırırlar. Ancaq onların müxalifətçilikləri heç də sağlam müxalifətçilik deyil. Əlbəttə ki, hər bir ölkədə müxalifət olmalıdır. Amma o müxalifət sağlam şəkildə fəaliyyət göstərməlidir. Çünki müxalifətsiz ölkədə demokratiyanın inkişafından söhbət gedə bilməz. Ancaq bizim müxalifətdə bundan əsər-əlamət görünmür. Çünki onlarda sağlam siyasi rəqabət anlayışı ümumiyyətlə, yoxdur. Opponent olaraq bu müxalifət iqtidarı sağlam şüurla tənqid etmir, əksinə, başqa xarici siyasi dairələrinin maraqlarını təmin etmək üçün divident qazanmağa çalışır. Söz yox ki, xalq da belə müxalifəti əsla qəbul etmir, bundan sonra da etməyəcək. Baxın, ölkəmiz dünya dövlətləri işində inkişaf edir, ona ləkə yaxırlar. Azərbaycan beynəlxalq uğurlara imza atır, ona da ləkə yaxırlar. Əslində, bu vasitələr ilə müxalifətin özü-özünü ifça etdir və hər şey də göz önündədir.
İkincisi, hər kəsə bəllidir ki, bir çox Avropa dövlətləri, bir çox təşkilatlar mənbəyi məlum olmayan təşkilatlar bu müxalifətə maliyyə dəstəyi göstərirlər. Bir sıra siyasiləşmiş QHT-lər də müəyyən proqramlar adı altında külli miqdarda qrantlar alırlar. Ancaq aldıqları qrant pullarını təyin olunmuş məqsədlərə yönəltmirlər. Məhz cənab Prezident İlham Əliyev də Beyləqanda gənclərlə keçirdiyi görüşündə vurğuladı ki, əldə edilən qrantlar bilavasitə müxalifət liderlərinin, eləcə də QHT rəhbərlərinin ciblərinə axır. Əgər belə olmasaydı, bu gün onların övladları xaici ölkələrdə ən bahalı universitetlərdə təhsil almaz, xarici ölkələrdə mülklərə sahib olmaz, cangüdənlərlə gəzməz, bahalı avtomobillərə sahib olmaz, biznes qura bilməzdilər. Göründüyü kimi, onlar sadəcə siyasi mptivləri önə çəkərək, olmayan hadisələri şişirdir, bu ətrafda qrantlar əldə edir, sonradan isə əldə etdikləri vəsaitlərini öz həyat səviyyərlərini yaxşılaşdırmağa istiqamətləndidirlər. Bu amil isə həm də belə qənaətə gəlməyə əsas yaradır ki, gələcəkdə müəyyən Qərb təşkilatları da Azərbaycan müxalifətinin bu vəziyyətini dərk edərək, onlardan uzaqlaşacaqlar. Həm də bu səbəblərdəndir ki, ənənəvi müxalifət adlandırdığımız bu siyasi qurumlar 20 il öncə necəydilərsə, indi də həmin vəziyyətdədirlər.
Bu gün bu müxalifətə pul ayıran təşkilatların əksər hissəsi də xaricdə fəaliyyət göstərən erməni lobbisinin dəstəyi ilə bu işlərlə məşğuldurlar. Onlar vəsaitlərinin əsas hisssəsini Azərbaycanda təxribatlar törətmək üçün xərcləyirlər. Əsas ideyaları da ondan ibarətdir ki, əldə edilən siyasi sabitlik pozulsun və ölkəmizdə vətəndaş qarşıdurması yaransın. Təbii ki, ortada erməni məkri, erməni siyasəti dayanıb. Son zamanlar ortaya atılan və heç bir anlayış tərifi olmayan "siyasi məhbus" məsələsi də məhz bu sıradandır. Yəni Leyla Yunus, Arif Yunus, Rauf Mirqədirov, Rəsul Cəfərov və s. adamların adlarının "siyasi məhbis" sırasına saldıraraq, ölkəmizə təzyiq göstərmək istəyənlər də bilavasitə erməni siyasətinə xidmət edən adamlardırlar. Bəli, bu gün Avropada, Qərbdə də belə bir anlayış var ki, heç bir insan siyasi baxışına görə həbs edilə bilməz. Bu düzgün fikirdir. Amma siyasi baxı adı altında pərdələnərək, maliyyə fırıldaqları etmək, vergidən yayınmaq, dövləti cinayət törətmək, milli və dövlətçilik maraqlarını satmaq heç də siyasi məsələ deyil. Bu gün belələrinə "siyasi məhbus" donunu geyindirənlər də hazırda erməni dəyirmanına su tökən tərəflərdirlər.
Mən onu da vurğulamaq istərdim ki, Azərbaycan iqtidarı Avropa və Qərb qurumları qarşısında öz üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirir. Bizim dövlət başçımız, dəfələrə amnistiya aktlarını imzalayıb, əfv fərmanları verib. Vaxtilə cinayət əməlinə görə həbs olunan bəzi müxalifətçilər də azadlığa çıxıblar. Ancaq onlara "siyasi məhbus" adını yapışdırmaq məncə, çox gülünc və qəbuledilməz məsələdir.
Bu gün Azərbaycanla münasibətdə, Gürcüstanda vəziyyət tamamilə fərqlidir. Məsələn, qonşu Grücüstanda 98 nəfər siyasi məhbus kimi həbsdədir. Maraqlıdır, bəs Azərbaycana təzyiq etməyə çalışan Avropa və Qərb qurumları niyə onların adlarını çəkmir, bəyan olunmur ki, Gürcüstanda siyasi məhbuslar mövcuddur? Yaxud hansı səbəbdən, Ermənistan həbsxanalarında dolub-daşan siyasi məhbuslar haqqında bəhs olunmur? Bu bir daha göstərir ki, Avropa və Qərb daim ölkəmizə qarşı ikiüzlü, qərəzli siyasət yürüdür.
- Bir sıra beynəlxalq təşkilatların ölkəmizlə bağlı verdikləri bəyanatlar, tələblər nə dərəcədə həqiqəti əks etdirir?
- Azərbaycan həmişə çalışıb ki, Avropaya inteqrasiya olunsun, demokratik bir imicə sahib olan ölkə kimi Avropada, Qərbdə də öz sözünü desin. Lakin bayaq da dediyimiz kimi, Azərbaycanı istəməyən qüvvələr də əfsuslar olsun ki, çoxdur. Görünür, bu qüvvələrin də təsiri nəticəsində gah hansısa beynəlxalq təşkilatlıar, gah da ABŞ-ın Dövlət Departamenti bəyanatlar yayır, tələblər irəli sürürlər. Ancaq bütün bunlar əbəs cəhdlərdir. Çünki Azərbaycan dövləti artıq o qədər güclü-qüdrətlidir ki, onunla diqtə dilində, təzyiq dilində heç bir qurum, təşkilat, dövlət danışa bilməz. Möhrətəm Prezidentimiz İlham Əliyev cənabları da öz çıxışında bunu xüsusilə vurğulayıb. O, qeyd edib ki, heç bir faktor Azərbaycanı tutduğu doğru mövqedən, inkişaf və tərəqqidən kənarlaşdıra bilməz.
Başqa tərəfdən, bu gün Azərbaycanda xalq-iqtidar vəhdəti formalaşıb və bu vəhdət sarsılmazdır. Bu gün Azərbaycanın inkişaf potensialı hər bir vətəndaşın da inkişafına müsbət təsir edir. Vətəndaşlarımızın sosial durumu, büdcəsi ilbəil artır və bu davamlı xarakter almaqdadır.
Bu gün çox sürətli dəyişikliklər baş verir. Məsələn, bəlkə də biz burada yaşadığımız üçün həmin dəyişiklikləri görə bilmərik. Əgər biz harayasa səfər etsək və bir müddət sonra geri dənəndə həmin dəyişiklikləri görməyə başlayırıq. Digər tərəfdən, beş il öncə Azərbaycana səfər etmiş hər hansı bir xarici vətəndaş yenidən bizim ölkəyə səfər edirsə, o da dəyişiklikləri görür, heyraqn qalır. Məgər bu da inkişafın bir parçası deyilmi?
Bu gün Prezidentimizin və ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın Azərbaycan üçün, xalqımız üçün gördükləri işləri misilsizdir. Məsələn, Mehriban xanım xarici ölkələrə səfərlər edərək, Azərbaycanımızın hər bir amilini, tarixini, mədəniyyət incilərini, kulinariyasını, folklorunu, muğamını və s. sahələrini uğurla təbliğ edir. Vaxtilə Azərbaycan istiqamətinə baxaraq, buranı qaranlıq ölkə kimi təsvir edənlər məhz belə addımların nəticəsində öz fikirlərində nə qədər yanıldıqlarının fərqinə varmağa başlayıblar.
Eyni zamanda bu gün erməni faktoru ki, bizi uzun illərd idi xarici dövlətlərdə anti-təbliğatımızı aparırdı, artıq onlar da susmağa başlayıblar. Onların Azərbaycan haqqında yaratdıqları rəylər sadəcə zibil qurtularına atılır. Çünki Azərbaycan reallığı artıq Avropanı, Qərbi fəth etməyə başlayıb. Ona görə də istər ermənilərə xidmət edən təşkilatlar olsun, istərsə də ermənilərin özləri olsun, onların hər birinin maskaları yırtılıb. Həmin msakaları yenidən geyinib, nə isə etmək artıq mümkünsüzdür.
- Sizcə nəyə görə bir sıra müxalifət mətbuatı cəbhənin təmas xətti ilə bağlı nöqtələrdən dezinformasiyalar yayamağa çalışırlar?
- Bu gün Azərbaycan öz gücünü cəbhə xəttində də göstərməkdədir. Nəinki xaricdən, eləcə də cəbhə xəttində ediləcək istənilən təxribatın qarşısı zamanında alınır. Azərbaycan xalqı da həmin erməni silahlılarının təxribatı zamanı bir daha sübut etdi ki, xalq iqtidarın yanındadır. Cənab Ali Baş Komandana edilən çoxsaylı müraciətlər də isbat etdi ki, həb bir azərbaycanlı öz Ali Baş Komandanının əmrini gözləyir.
Bu arada daha bir məsələyə də toxunmaq istərdim. Məhz həmin ərəfələrdə də bir sıra müxalifətyönlü mətbuat cəbhədəki təmas xəttindən dezinformasiyalar yaymağa başladılar. Əbəs yerə deyil ki, Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyev ötən həftə bununla bağlı geniş müşavirə keçirdi. Həmin müşavirədə xüsusilə vurğulandı ki, gələcəkdə bir daha belə hallar aşkarlansa həmin media qurumları cəzalandırılacaqlar. Yəni mən onu da vurğulamaq istərdim ki, baxın, belə bir həssas məqamda yenə də müxalifət mətbuatı erməni dəyirmanına su tökməklə məşğul olurdu. Qoşunlarımızın dislokasiyasından tutmuş digər məsələlərə qədər ciddi yanlışlıqlara yol verən müxalifət mətbuatı bir daha sübut etdi ki, onların məqsədləri süni şou yaratmaqdan ibarətdir.
Başqa tərəfdən, fikir verdinizsə, həmin ərəfələrdə də bir sıra beynəlxalq təşkilatlar, eləcə də ABŞ və s. dövlətlər Ermənistanın işğalçılıq siyasətini görə-görə, sadəcə səmimi görünməyən sülh çağırışları etdilər. Hansı ki, Ukraynada baş verən hadisələrlə bağlı dərhal bəyanatlar səsləndirildi, sanksiyalar tədbiq edildi. Ancaq təəssüf ki, Ermənistanla bağlı yenə də heç bir ciddi tədbir görülmədi.
Ancaq bu gün Azərbaycan öz inkişaf potensialına görə, iqtisadi gücünə görə, həm də silahlı qüvvələrini inkişaf etdirməkdədir. Ona görə də əgər geniş miqyaslı hərbi əməliyyatlar başlarsa, bizim ordu işğal olunmuş ərazilərimizi dərhal azad edəcək. Buna bizim hər birimiz əminik.
- Yeni Azərbaycan Partiyasının fəaliyyətini daha hansı üstünlüklərlə izah edərdiniz?
- Bu gün Yeni Azərbaycan Partiyasının fəaliyyəti məhz hakimiyyətin yürütdüyü uğurlu siyasətin tərkib hissəsidir. Partiyamızın fəaliyyəti digər siyasi partiyaların fəaliyyətindən köklü şəkildə üstün də uğurludur. Baxın, bugünlərdə partiyamızın aparıcı şəxsləri – Siyavuş Novruzov, Eldar İbrahimov, Məlahət İbrahimqızı Türkiyədə yaralı əsgərlərimizlə görüşdülər. Onlar vurğuladılar ki, Azərbaycan dövləti hər zaman öz xalqının yanındadır.
Ancaq gəlin müxalifətin fəaliyyətinə baxın. Onlarıh heç biri elə də uzaq məsafədə olmayan qardaş Türkiyəyə, yaralı əsgərlərimizə baş çəkməyə getmədilər. Şəhid düşən oğullarımızın yas mərasimlərinə gedib, adicə baş sağlığı belə vermədilər. Amma İngiltərədə, Amerikada, ya da Fransada onlara pul veriləndə ora qaça-qaça gedirlər. Sonra da böyük şəkillər düzəltdirib Senatda qapıda dayananla, Konqresdə dəftərxana müdiri lə görüşdüklərini reklam edirlər. Müxalifətin özü məhz belədir. Çünki onların liderləri də bu cürdür.
- YAP Xəzər rayon təşkilatı bələdiyyə seçkilərinə necə hazırlaşır?
- Bildiyimiz kimi, artıq bu il ölkəmizdə bələdiyyə seçkiləri keçiriləcək və YAP Xəzər rayonu da bu seçkilərdə öz namizədləri ilə iştirak edəcək. Ümumiyyətlə, biz bu seçkilərə çox önəm veririk. Mən deyərdim ki, bələdiyyə seçkiləri seçkilər içində ən çətin seçkilərdəndir. Təbii ki, biz YAP üzvü olaraq, istəyirik ki, bu seçkilərdə təmsilçilərimiz qalib gəlsin. Əlbəttə ki, namizədlərimiz sırasında işi bilən, bacarıqlı şəxslərimiz var və inanırıq ki, onlar bu seçkilərdə də qələbə qazanacaqlar. Çünki onlar həm də əhalinin etibarını qazanan insanlardırlar. Xıəzər rayonunun iki dairəsi var – 13-cü Xəzər və 14-cü Xəzər-Pirallahı dairələri. Hər iki dairədə 60-dan çox məntəqəmiz möcvuddur. Eyni zamanda Xəzər rayonunda bir neçə qapalı tipli məntəqələrimiz var ki, onlar təcridxanalara, türmələrə və hərbi hissələrə aiddirlər. Yəni onları çıxsaq, sırf olaraq 60 məntəqəmiz var. Eyni zamanda 80 minə yaxın seçicilərimiz var. Bu günləri əsas işimiz seçkilərə hazırlıqlarımızla bağlıdır. Rəhmətə gedənlər var, yaşayış qeydiyyatlarını dəyişənlər var, buradan köçənlər var, rayonumuza köçənlər var və s. Onların hər biri ilə ayrıca məşğul oluruq. Çünki seçici siyahısı ən önəmli bir şeydir və biz siyahıları tam dəqiq şəkildə hazırlayıb məntəqələrə göndərməliyik.
Beləliklə, biz YAP Xəzər rayon təşkilatı olaraq, bələdiyyə seçkiklərinə tam gücümüzlə hazırlaşırıq və partiyamızın bu seçkilərdə qələbə qazanacağına əminik. Ona görə də mən bələdiyyə seçkisində iştirak edəcək hər bir YAP üzvünə uğurlar arzu edirəm.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə