Azərbaycan Prezidenti Türkiyənin baş nazirinə telefonla zəng edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğluna telefonla zəng edib. Prezidentin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, dövlətimizin başçısı Əhməd Davudoğlunu Türkiyə Respublikasının yeni Baş naziri təyin edilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Əhməd Davudoğlu təbrikə və diqqətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Prezident İlham Əliyev və Baş nazir Əhməd Davudoğlu Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB