"Bu insan heç vaxt həqiqi ziyalı sayıla bilməz. Bütün dünya tarixində dəfələrə göstərilib ki, rusların da, ingilislərin də, fransızların da, amerikanların da dahi, ziyalı şəxsiyyətləri hər zaman özlərinin milli maraqlarına qəlbən bağlı olublar". Bu fikirləri SİA-ya açıqlamasında Qarabağ Azadlığı Təşkilatının (QAT) sədri Akif Nağı Rüstəm İbrahimbəyovun erməni ilə qohum olmağı yaxşı hal, azərbaycanlı olmaqla fəxr etməyi isə pis hal kimi dəyərləndirməsinə münasibət bildirərkən deyib.
QAT sədri təəssüflə qeyd edib ki, vaxtilə cəmiyyətdə tanınaraq məşhurlaşan bəzi yaradıcı insanlar bir az tanınnan kimi öz milli maraqlarını, mənsubiyyətlərini, milli varlıqlarını tamamilə yaddan çıxarıb başqa insanlara çevrilməyə başlayırlar: "Haradasa önə çıxmağa cəhdlər edirlər. Şəxsən mən belə başa düşürəm ki, belə ifadəni işlətmək milli düşüncəsizlikdən başqa bir şey deyil. Belə adamlar özlərini guya kosmopolit, dünya vətəndaşı kimi təqdim edirlər. Hesab edirəm ki, belə adamlar həm də səviyyəsiz adamlardırlar. Bu insanlar milli dəyərlərə bağlı deyillərsə, Azərbaycanın işğal altında olan torpqaları, Azərbaycanın əsirlikdə olan insanları, qadınları onlara heç nə demirsə, hesab edirəm ki, bu insanları nəinki ziyalı, heç adam da saymaq olmaz! Onlar bu millətə zərər vuran ziyanverici həşərətlardırlar. Belə ünsürlər Azərbaycan cəmiyyətində qınanmalıdır".
Akif Nağı Rüstəm İbrahimbəyovu azərbaycanlı kimi qəbul etmədiyini deyib: "Bu nə deməkdir ki, "mən erməni ilə qohum ola bilərəm", ya da "azərbaycanlı olmağımla fəxr etmək boş bir şeydir"... Bu sadəcə səviyyəsizlik, simasızlıq və qeyri-insanlıq baxışıdır. Bunlar hansısa beynəlxalq təşkilatların, fondların puluna satılmış ünsürlərdirlər. Baxın, Rüstəm İbrahimbəyov guya Azərbaycan hakimiyyəti ilə yaxın idi və s. Ancaq bir az onun maraqlarına toxunan kimi, bir-iki dənə qanunsuz torpaq sahəsi vardı, onlar əlindən çıxan kimi döndü oldu şir, pələng! Çünki özünün şəxsi maraqları onun üçün hər şeydən üstündür. Düzdür, hər bir insan özünü dərk edəndən sonra müəyyən şəxsi maraqları olur. O insan cəmiyyətdə formalaşıb yüksəlirsə, onda o, şəxsi maraqlarını milli maraqlarından aşağı tutmalıdır. Rüstəm İbrahimbəyov belələrindən deyil. O, qarın davası döyən səviyyəsiz bir ünsürdür".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB