"Yezidi kürdlərin işğal olunan ərazilərdə yerləşdirilməsi IV Cenevrə Konvensiyasına ziddir"

"Yezidi kürdlərin işğal olunan ərazilərdə yerləşdirilməsi IV Cenevrə Konvensiyasına ziddir"

"ATƏT-in Minsk qrupunun yezidi kürdləri işğal olunmuş Dağlıq Qarabağ ərazisində qanunsuz yerləşdirməsi istiqamətindəki cəhdləri danışıqlar prosesinə mane olur və IV Cenevrə Konvensiyasına ziddir". SİA-nın xəbərinə görə, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu kimi cəhdlərə və hərəkətlərə keçmişdə də yol verilib və belə faktlar ATƏT missiyasının insanların Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz yerləşdirilməsi faktlarının araşdırılmasına dair hesabatında öz əksini tapıb: "Dəfələrlə bəyan etmişik ki, ermənilər istənilən vəziyyətdə münaqişənin həlli prosesinə xələl gətirməyə, eyni zamanda status-kvonun uzadılmasına cəhd edir. Buna işğal olunan ərazilərdə ermənilərin dağıdıcı əməllərini misal çəkmək olar. Azərbaycan XİN artıq beynəlxalq təşkilatları Ermənistanın yezidi kürdlərin işğal olunmuş Dağlıq Qarabağda və ona bitişik işğal edilmiş ərazilərdə qanunsuz yerləşdirilməsi cəhdləri haqqında məlumatlandırıb".

Bütün xəbərlər Facebook səhifəmizdə