XİN-in "qara siyahı"sına düşənlərin çoxu həmsədr ölkələrin vətəndaşıdır
"Bu günə qədər Xarici İşlər Nazirliyinin "arzuolunmaz şəxslər" siyahısında 300-dən çox insan var. Onların əksəriyyəti də təəssüf ki, həmsədr ölkələrin vətəndaşlarıdır". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Xairici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bu yaxınlarda Dağlıq Qarabağa səfər edən rusiyalı jurnalist Anastasiya Kərimova ilə bağlı açıqlama verərkən bildirib.
Onun sözlərinə görə, hazırda Anastasiya Kərimovanın Azərbaycanın işğal olunmuş torpaqlarına səfəri ilə bağlı araşdırmalar aparılır: "Əgər rus jurnalist rəsmi Bakının razılığı olmadan səfər etdiyi məlum olarsa, o, Azərbaycan Xarici İşlər Nazirliyinin "arzuolunmaz şəxslər" siyahısına daxil ediləcək".
Elman Abdullayev həmçinin qeyd edib ki, Dağlıq Qarabağa qanunsuz səfər edənlərin əksəriyyəti sonradan Azərbaycan XİN-ə müraciət edirlər: "Müraciətlərində bildirirlər ki, onlar Azərbaycanın işğal olunmuş torpaqlarına aldadılaraq aparılıblar və həmin şəxslər Xarici İşlər Nazirliyinin tətbiq etdiyi "qara siyahı" çıxarılmasını xahiş edirlər".
"Azərbaycanın mövqeyi hər kəsə bəllidir. Ona görə də ölkəmizin bu məsələyə yanaşması prinsipialdır. Əgər işğal olunan ərazilərimizə Azərbaycan tərəfinin razılığı olmadan hansısa səfər həyata keçirilibsə, bu təbii ki, qanunsuzdur. Belə qanunsuz səfərləri həyata keçirmiş şəxslərlə bağlı geniş araşdırmalar aparılır və nəticələr hər kəsə bəllidir. Həmin şəxslər "arzuolunmaz şəxslər" siyahısından o zaman çıxarıla bilər ki, onlar etiraf edirlər ki, bilərəkdən həmin ərazilərə səfər etmirlər. Eyni zamanda aldadılaraq ora aparılanlar, xəbəri olmadan gedənlər, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşanlar və bir sıra hallarda şəxslər həmin siyahıdan çıxarıla bilər. "- deyə, o məsələ ilə bağlı fikirlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB