YAP Qaradağ rayon təşkilatı bələdiyyə seçkilərinə UĞURLA HAZIRLAŞIR

Aydın Hüseynov: “YAP-a ancaq qələbə və zəfər yaraşır”
YAP Qaradağ rayon təşkilatı bələdiyyə seçkilərinə UĞURLA HAZIRLAŞIR

"Bütün seçkilərdə olduğu kimi, bu ilin dekabrında keçiriləcək bələdiyyə seçkilərində də Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı öz uğurlarını davam etdirəcək". Bu fikirləri SİA-ya açıqlamasında YAP Qaradağ rayon təşkilatının sədri, Siyasi Şuranın üzvü Aydın Hüseynov rayon təşkilatının bələdiyyə seçikilərinə hazırlığı ilə bağlı görülən işlərlə bağlı məlumat verərkən deyib.

Hazırda Qaradağ rayonunda 116 minə yaxın əhalinin yaşadığını qeyd edən Aydın Hüseynov onu da bildirib ki, bələdiyyə seçkilərində səsvermə hüququna malik olan seçicilərin sayı 67 mindən artıqdır: "Bildiyimiz kimi, Qaradağ rayonu Bakı şəhərinin ən böyük rayonlarında biridir. Rayonumuzun əhalisinin də sayı ən çox ölçülənlərdəndir. Belə ki, Qaradağ rayonunda 2 dairə, 54 məntəqə və 11 qəsəbə var ki, həmin qəsəbələrin hər birinin payına bir bələdiyyə düşür. Eyni zamanda Qaradağ rayonunun 5 qəsəbəsi şəhər tiplidir. Bu isə bir daha Qaradağ rayonun ərazisinin nə qədər böyük olduğunun göstəricisidir".

YAP Siyasi Şurasının üzvü həmçinin qeyd edib ki, rayon əhalisinin 10 min 658 nəfəri qaçqınlardan ibarətdir ki, onlar da Ulu Öndər Heydər Əliyevin şəxsən açılışında iştirak etdiyi "Ümid" qəsəbəsində məskunlaşıblar: "Artıq günü-günündən abadlaşan, çiçəklənən bu qəsəbədə yaşayan sakinlər də hər bir seçkidə xüsusi fəallıqları ilə iştirak edirlər".

Bu gün Qaradağ rayonunun daha da müasirləşməsi istiqamətində ölkə rəhbərliyi tərəfindən görülən işlər haqqında da məlumat verən Aydın Hüseynov vurğulayıb ki, artıq rayon böyük bir səneye şəhərinə çevrilməkdədir: "Ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu fəaliyyəti bizim də rayona öz əvəzsiz töhfələrinio verməkdə davam edir. Açılan yeni-yeni iş yerləri, müəssisələr, fabrik və zavodlar, texnoparklar rayon sakinlərimizin də işlə təmin olunmasında əhəmiyyətli rol oynayır. Bu gün hər bir qaradağlı sakin məhz ölkə başçısının yürütdüyü uğurlu siyasəti, eləcə də Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşiblər".

YAP rəsmisi qarşıdan gələn bələdiyyə seçkilərində ötən seçkilərdə olduğu kimi əsasən, qadınların və gənclərin iştirak edəcəyini bir daha vurğulayıb və bildirib ki, YAP qələbələr partiyası olaraq digər alternativlər üzərində zəfər çalmaq qüdrətindərir: "Əbəs yerə deyil ki, partiyamız bütün seçkilərdə ona rəqib olmağa çalışan digər qüvvələr üzərində davamlı qələbələr qazanıb. Çünki YAP bütün mənalarda xalqın etimadını qazanmış bir güclü təşkilatdır. Bu gün biz bələdiyyə seçkilərinə hazırlaşdığımız bir zamanda müxalifət düşərgəsi hələ də tərəddüd içində qalmağa davam edir. Çünki düşərgə təmsilçiləri də yaxşı bilirlər ki, onlar ötən 20 ildən artıq bir müddətdə müxalifət kimi nəninki xalqın etimadını qazana biliblər, eyni zamanda olan-qalan elektoratlarını, soaial bazalarını da itirməyə məhkum olublar. Bütün bunlar isə bir daha belə qənaətə gəlməyə əsas verir ki, qarşıdan gələn bələdiyyə seçkilərində irəli sürüləcək YAP namizədləri bir daha növbəti seçi qələbəsini yaşayacaqlar. Çünki YAP-a ancaq qələbə və zəfər yaraşır".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə