Atəşkəs pozulub

Erməni silahlı bölmələri bu gecə Goranboy rayonunun Tapqaraqoyunlu və Ağdam rayonunun Baş Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə