Elmar Məmmədyarov Slovakiyanın ölkəmizdəki səfirini qəbul edib

Elmar Məmmədyarov Slovakiyanın ölkəmizdəki səfirini qəbul edib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Slovakiyanın ölkəmizdə akkreditə olunmuş səfiri Jozef Miqası diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Nazirlikdən SİA-ya verilən məlumata görə, E. Məmmədyarov J. Miqasa gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə iki ölkə arasında əlaqələrin inkişafı üçün geniş imkanların olduğu qeyd olunub, müqavilə-hüquq bazasının genişləndirilməsi, habelə siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə