Aydın Mirzəzadə: “Ərdoğan Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmləndirməsində böyük işlər görüb” MÜNASİBƏT
"Azərbaycan və Türkiyə arasında tarixdən gələn çox sıx dostluq və qardaşlıq münasibətləri var. Sevindirici bir haldır ki, hər iki ölkənin hakimiyyəti bu münasibətləri çox yüksək qiymətləndirir". Bu fikirləri SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Türkiyədə keçirilən prezident seçkilərinin nəticələrinə münasibətini açıqlayarkən deyib.
"Rəcəb Təyyib Ərdoğanın dövlət başçısı seçildikdən sonra ilk rəsmi dövlət səfərlərindən biri kimi Azərbaycanı seçməsi Türkiyənin və onun yeni rəhbərinin Azərbaycanla münasibətlərə yüksək qiymət verdiyini göstərir"-deyə qeyd edən YAP rəsmisi onu da vurğulayıb ki, Rəcəb Təyyib Ərdoğan Baş nazir olduğu 10 ildən çox müddət ərzində Azərbaycan Türkiyə münasibətlərinin möhkəmləndirmək istiqamətində çox böyük işlər görüb: "O daima Azərbaycanla münasibətlərə çox həssaslıqla yanaşıb. O cümlədən, Azərbaycanın ərazi bütövlüyü məsələsində daima Azərbaycana dəstək verib. Rəcəb Təyyib Ərdoğanın ilk səfərini Azərbaycana etməsidə Azərbaycanla bağlı münasibətlərin onun xarici siyasətinə praritet istiqamət olduğunu göstərir. Azərbaycan Türkiyənin yeni dövlət başçısının səfərinə xüsusi əhəmiyyət verir və yüksək qiymətləndirir".
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB