Jalə Əliyeva: “Hər kəs ölkənin birinci xanımının fəaliyyətini təqdir edir”
"Azərbaycanın birinci xanımı, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyəti haqqında söz demək çox böyük şərəfdir". Bu fikirləri SİA-ya millət vəkili Jalə Əliyeva deyib.
J. Əliyeva bildirib ki, Mehriban xanım Əliyevanın həm ölkənin birinci xanımı, həm millət vəkili, həm də Heydər Əliyev Fondunun prezidenti olaraq gördüyü işlərin misli yoxdur: "Tam mübaliğəsiz deyirəm ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu 10 ildə böyük bir dövlət qurumunun yüz ildə edə bilmədiyi işləri görüb. Çünki Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan fonda canı, qanı ilə Azərbaycan mədəniyyətinə, tarixinə, elminə, insanına bağlı olan Mehriban xanım Əliyeva rəhbərlik edir. Onun damarlarında ali bir nəslin qanı axır. Mehriban xanım istər ata, istərsə də ana tərəfdən alicənab, insanpərvər bir nəslin nümayəndəsidir. Onun gəlin gəldiyi ocaq da Azərbaycanda nümunəvidir. Belə olan halda Mehriban xanım Əliyevanın fəaliyyəti başqa cür ola bilməzdi".
Millət vəkili vurğulayıb ki, Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin, sosial sahənin inkişafında, məktəblərin yenidən qurulmasında, kimsəsiz uşaqların, atılmış qocaların taleyinin həll olunmasındakı rolu əvəz edilməzdir: "Bu gün Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti yalnız Azərbaycanla məhdudlaşmır. Fond köməyə ehtiyacı olan ölkələrə öz yardım əlini uzatmaqdadır. Bu bizim qürur və iftixar yerimizdir. Bu gün Azərbaycan qadını deyəndə, Mehriban xanım Əliyevanın timsalında həm daxilən, həm zahirən gözəl, zəriflik nümunəsi olan bir qadın göz önünə gəlir. Bütün dünya Azərbaycan qadınını belə tanıyır".
J. Əliyeva deyib ki, Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafı istiqamətində gördüyü işlər danılmazdır: "Mehriban xanım xüsusilə muğam sənətimizin sonuncu pilləyə keçməkdə olduğu bir dövrdə bu sahədə öz sözünü deməklə yanaşı, atdığı addımlarla möhür vurmuş oldu. Buna görə biz Birinci xanıma minnətdarıq. Bu gün muğamımız UNESKO-nun sərvətləri içərisindədir. Artıq bütün dünya muğamın məhz Azərbaycan milli sənəti olduğunu anlayır. Müharibə şəraitində yaşayan bir ölkə üçün bunun nə dərəcədə əhəmiyyətli, milli-mənəvi dəyərlərin qorunması, gələcək nəsillərə ötürülməsi baxımından nə qədər mühüm olduğunu deməyə ehtiyac yoxdur. Düşünürəm ki, hər kəs ölkənin birinci xanımının fəaliyyətini təqdir edir, onun gördüyü işləri yüksək qiymətləndirir. Fürsətdən istifadə edərək Mehriban xanımı doğum günü münasibətilə təbrik edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB