Prezident və xanımı 23 nömrəli məktəbin açılışında iştirak ediblər

Prezident və xanımı 23 nömrəli məktəbin açılışında iştirak ediblər

Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıdakı 23 nömrəli orta məktəbin yenidən tikilmiş binasının açılışında iştirak ediblər. SİA-nın xəbərinə görə, dövlətimizin başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva məktəbdə yaradılmış şəraitlə tanış oldular. Sonda məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə