Sərdar Cəlaloğlu və İqbal Ağazadədən Milli Şuraya və AXCP-yə CAVAB
"Bizim qurum Milli Şuranın yaratdığı müdafiə komitəsindən əvvəl yaradılıb. Onlar görəndə ki, biz belə bir qurum yaratmışıq, təcili toplantı keçirərək, müdafiə komitəsi yaradıblar". SİA xəbər verir ki, sözügedən fikirləri Müsavat Partiyasının təşəbbüsü ilə yaradılmış və daha bir neçə partiyanın təmsil olunduğu müdafiə komitəsinin üzvü, ADP sədri Sərdar Cəlaloğlu düşərgənin digər qanadında fəaliyyət göstərən müdafiə komitəsinin onları intriqaçılıqda ittiham etmələrinə münasibətini bildirərkən deyib.
ADP sədri eyni zamanda onların komitəsinin Milli Şuranın yaratdığı komitəyə alternativ olduğu iddiasına da fikir bildirərək deyib ki, Milli Şura və AXCP rəsmilərinin bu barədə məlumatları əsassızdır: "Əksinə, onların bizim quruma alternativ yaratdığı məlum oldu. Mən çalışacağam ki, burada Milli Şuranın həyata keçirdiyi siyasətlə bizim heç bir oxşar tərəflərimiz olmasın".
Ümid Partiyasının sədri İqbal Ağazadə də Milli Şura və AXCP-nin iddialarına cavab olaraq bildirib ki, əgər onlar həqiqətən də arzu etsəydilər bir komitədə fəaliyyət göstərərdilər. Demək, onlar arzuolunmayanlardandırlar: "Arzu olunan şəxslər bir yerdə olur. Kimin bununla bağlı problemi var, öz işidir".
Qeyd edək ki, son günlər Milli Şura və AXCP-nin təşkilatçılığı ilə yaradılan müdafiə komitəsinin Müsavat Partiyasının yaratdığı müdafiə komitəsi ilə kəskin fikir ayrılıqları yaranıb və tərəflər bir-birlərini müxalifəti parçalamqda, intriqaçılıqda günahlandırırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB