Son günlər Müsavat Partiyası daxilində cərəyan edən hadisələr və həmin hadisələr fonunda baş verən qarşıdurmalar siyasi təşkilatın heç də normal idarəçilik funksiyasında olduğundan xəbər verir. Belə ki, istər gecikmiş qurultay amili, istər başqanlığa namizədlər arasında yaşanan gərginlik, istərsə də kənar müdaxilələr Müsavatı partiya olaraq sıradan çıxarmaq ərəfəsindədir. Hətta vəziyyət o həddə qədər inkişaf edib ki, partiyada uzun illərdir ki, fəaliyyət göstərən aparıcı funksionerlər də şkar şəkildə vəziyyətin elə də yaxşı olmadığını etiraf etmək məcburiyyətində qalırlar.
Çıxış yolu yalnız İsa Qəmbərin öz postunu təhvil verərək getməsi ilə başa çatmır
Bu arada avqustun 18-də Müsavatın qurultaya hazırlıq üzrə təşkilat komitəsinin iclasında başqan İsa Qəmbərin Divan üzvü Tural Abbaslı ilə polemika yaşaması, həmçinin, başqanlığa iki əsas namizəd kimi dəyərləndirilən partiyanın mərkəzi icra aparatının rəhbəri Arif Hacılı ilə digər Divan üzvü, İsa Qəmbərin iqtisadi məsələlər üzrə müavini Qubad İbadoğlu ilə "yaxa-paça" savaşı da belə qənaətə gəlməyə zəmin yaradır ki, artıq bıçaq sümüyə dirənib və yeganə çıxış yolu yalnız İsa Qəmbərin öz postunu təhvil verərək getməsi ilə başa çatmır. Çünki partiyadaxili ziddiyyətin aşırı dərəcədə artmasının qarşısı alınmasa vəziyyət daha kritik həddə qədər inkişaf edə bilər. Bu isə Müsavatın parçalanması ilə nəticələnər. Beləliklə, Müsavatda hadisələr nəzarətdən çıxıb.
Qruplaşmalar amansız savaşa qatılıblar
Digər tərəfdən, qurultaya qədər əmələ gəlmiş qruplaşmalar da bir-birləri ilə amansız mübarizə aparırlar. Əldə etdiyimiz məlumata görə, Müsavatda qruplaşmalar bu halda fəaliyyət göstərir.
1.Rauf Arifoğlunun idarə etdiyi qrup. Bu qrup Mustafa Hacıbəyli və bir neçə rayon təşkilatının, xüsusilə Şimal zonasında olan təşkilat rəhbərlərinin sədrləri Arif Hacılının namizədliyini dəstəkləyirlər. Müsvat başqanı İsa Qəmbər də məcburdur ki, Arif Hacılının namizədliyinə dəstək versin. Çünki o, "Arif Hacılı başqan olmasa, partiyanı dağıdar" qorxusu ilə yaşayır.
2.Başqanın sabiq birinci müavini Vurğun Əyyub, gənclər təşkilatının keçmiş sədri, Divan üzvü Tural Abbaslı "Arif Hacılı olmasın, kim olur-olsun" məntiqi ilə Qubad İbadoğlunu müdafiə edirlər.
Digər namizədlər isə qurultay ərəfəsində öz namizədliklərini digərlərinin xeyrinə geri götürəcəklər. Yəni burada da qruplaşmalar öz sözlərini deyəcəklər.
Əli Kərimli əlində olan resursları işə salıb – Müsavatın daha tez sıradan çıxması üçün
Ancaq otrada daha bir ilginc məqamların dayanması bəzi məsələləri tam çılpaqlığı ilə ortaya çıxrmış olur. Məsələn Müsavatdakı qarşıdurmaların arxasında AXCP-nin olmasını iddia edən tərəflər də var. Belə ki, AXCP-dən olan etibarlı mənbədən "Səs"-ə daxil olan məlumata görə, avqustun 18-də Müsavat Partiyasında başqanlığa namizədlər Arif Hacılı ilə Qubad İbadoğlu arasında vaş verən qarşıdurma olayı məhz ACXP sədri Əli Kərimli tərəfindən "facebook"da paylaşılıb. Mənbə bildirib ki, mətbuat bu xəbəri AXCP-nin "facebook"da "Gizli İşgüzar Qrupu"nda müzakirəyə çıxarılmasından sonra yaymağa başlayıb.
Əli Kərimli tərəfindən yaradılan sosial şəbəkə qrupunun kifayət qədər üzvü var. Belə ki, orada müzakirə olunan mövzular bilavasitə AXCP rəhbərliyi birbaşa iştiralı ilə tərtib olunur. Gizli qrupa yalnız Cəbhəyə üzv olan tərəflər baxa bilər, digərləri isə həmin qrupa buraxılmırlar. Mənbə həmçinin bildirib ki, əsas məqsəd Müsavat haqqında müxalifət düşərgəsində yalnış rəylərin formalaşdırılmasıdır.
Beləliklə, Müsavatdakı son prosesləri təhlil edərkən iki məsələ daha çox nəzərə çarpır. Müsavat partiyası həm gecikdirilmiş qurultaya görə, həm də namizədlik uğrunda savaşa görə daxildən parçalanır, həm də kıənar müdaxilə dedikdə, bu parçalanmanı sürətləndirmək üçün AXCP sədri Əli Kərimli əlində olan müəyyən resurslardan istifadə edərək hücum mövqeyini gücləndirir. Çünki son prezident seçkilərindən sonra Müsavatın "Milli Şura"dan çıxması, ondan öncə isə "İctimai Palata" məsələsində cəbhə ilə yekcins formada əməkdaşlıq etməməsi Əli Kərimlidə qisas hissini artırmışdı. Məhz bu amili də nəzərə alsaq desə bilərik ki, Müsavat partiyası həm parçalanır, həm də parçalandırılır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB