Nazirlik hərbi texnikanın daşınması məsələsinə aydınlıq gətirdi

Nazirlik hərbi texnikanın daşınması məsələsinə aydınlıq gətirdi

Silahlı Qüvvələrin hərbi texnikasının daşınması, əvəz edilərək yerlərinin dəyişdirilməsi planlı surətdə həyata keçirilir və bölmələrin döyüş tapşırığının yerinə yetirilməsi üçün tələb olunan daimi döyüş hazırlığı qabiliyyətinin saxlanılması məqsədini daşıyır. Bu barədə SİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, bu məsələdə əlavə şərhə, mülahizələrə ehtiyac yoxdur və hər hansı bir müzakirənin aparılması dövlət maraqlarımıza ziddir.

Qeyd edək ki, bu gün bəzi KİV-lərdə hərbi texnikanın daşınması barədə informasiyalar yer almışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə