"Həmin iclasda 20-dən çox qurultaya hazırlıq üzrə təşkilat komitəsinin üzvləri iştirak edib. Bu qədər adamın yanında belə uydurma yayan jurnalistin hərəkətlərinə görə sadəcə məyus oluram, məəttəl qalıram". Sözügedən fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyasının başqan müavini Mustafa Hacıbəyli avqustun 18-də partiyanın iclasında baş verən qalmaqallara münasibətini bildirərkən deyib.
Mustafa Hacıbəyli bildirib ki, bu məlumat ilk dəfə "Bizim yol" qəzetində çıxmışdı və ondan sonra da "facebook"da yayılmışdı. Müsavat rəsmisi bununla bağlı onu da bildirib ki, partiyada qızğın müzakirələr hər zaman olub: "Belə bir məlumat yayan jurnalistə, ümumiyyətlə, "Bizim yol" qəzetinə bunu yaraşdırmıram. Digər tərəfdən, qızğın müzakirələrin aparılması məncə normal bir şeydir. Məsələn, Müsavatın Məclisinin iclasları jurnalistlərin iştirakı ilə olur və orada da təkliflər ətrafında mübahisələr olur, fikir ayrılıqları əmələ gəlir. Ancaq bunu normal qarşılamaq lazımdır. Yadınıza salmaq istərdim ki, Milli Şuranın iclaslarında kəskin fikir ayrılıqları olurdu. Ancaq Müsavat Partiyası orada demokratik prinsipləri əsas olaraq nəzərdə tuturdu. Bu baxımdan, "Bizim yol" qəzetinin belə davranışına təəssüf edirəm".
Lakin Mustafa Hacıbəyli qəzetdə gedən məlum informasiyanın təmsil olunduğu partiyasına qarşı təxribat oladuğunu da istisna etməyib. Belə ki, Müsavat rəsmisi dolayısı ilə artıq partiya ilə dost münasibətində olmayan AXCP-nin sözügedən məsələdəki roluna belə qiymət verib: "Digər tərəfdən, bu, Müsavat Partiyasına qarşı yönələn bir məsələdir və artıq bizə dost olmayanların addımıdır. Əgər Müsavat haqqında belə yazıların yazılması təşkil olunursa, bu təkcə Arif Hacılıya qarşı yox, bütövlükdə partiyaya qarşı yönəlmiş bir məsələdir. Mən düşünürəm ki, Müsavat Partiyasının qurultayı yaxınlaşdıqca, bundan narahat olanlar var və kənar müdaxilələr də çoxalır. Xüsusilə, dost olmayanlar tərəfindən müdaxilərlər var və bu dost olmayanlar öz maraqlarını bu məsələdə güdürlər. Ancaq belə müdaxilələrin nə ilə nəticələnəcəyi də bəri başdan bəllidir. Hesab edirəm ki, müsavatçılar müdaxilələrin hansı motivdən irəli gəldiyini çox gözəl başa düşürlər. Ona görə də dost olmayanların məkrli motivdən doğan müdaxilələri heç bir nəticə verməyəcək".
Müsavatçıların buna yol verməyəcəklərini və qurultaydakı seçimlərində yanılmayacaqlarını deyən Mustafa Hacıbəyli Arif Hacılının başqan seçiləcəyinə şübhə etmədiyini bir daha qeyd edib: "Bu ayın 27-də rəsmi olaraq namizədlərin irəli sürülməsi prosesi baş tutacaq. Həmin gündən etibarən təbliğat kampaniyası başlayacaq. Ylnıx başqanlıq deyil, eyni zamanda həm Divana, həm də Məclisə namizədlər öz təbliğat kampaniyalarını quracaqlar. Blirisiniz ki, qurultay dörd ildir ki, yubanır və bu illər ərzində də müəyyən mənada təbilağt aparılıb".
Xatırladaq ki, Müsavat Partiyasının Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin ötən iclasında fikir ayrılıqlarının yaşanması müşahidə olunub və bir sıra müsavatçı funksioner bunun AXCP tərəfindən təxribat olunduğunu düşünür.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB