Amnesty İnternational təşkilatı ötən gün nümayəndə heyətini Missuri ştatının Ferqyusson şəhərinə göndərib. SİA xarici mətbuata istinadən xəbər verir ki, artıq onuncu gündür ki, orada polislə sakinlər arasındakı qarşıdurma səngimir. Həbs olunanlar isə hələ də azadlığa buraxılmayıblar.
Bu arada təşkilatın twitter səhifəsində ABŞ hökumətinə ünvanlanmış komment yazılıb. Kommentdə qeyd olunub ki, Birləşmiş Ştatların digər ölkələrə dərs keçməyə haqqı yoxdur. O zamana qədər ki, bu ölkənin polisi, hüquq-mühafizə orqanları öz vəzifələrinin öhdəsindən qan tökməyənə qədər gəlincə.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB