"Avqustun 10-da Türkiyədə keçirilən prezident seçkilərində səs çoxluğu ilə qalib gələn ölkənin keçmiş baş naziri Receb Tayyib Ərdoğanın ilk rəsmi səfərinin Azərbaycana olması ənənəvi prosesdir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib.
Onun sözlərinə görə, R. T. Ərdoğanın ilk səfərini, məhz Azərbaycana etməsi gözləniləndir: "Səfərin tarixinə gəlincə, hələlik dəqiq məlumat yoxdur. Çünki onun prezidentliyi hələ rəsmiləşməyib. Lakin ənənələrə sadiq qalaraq, Ərdoğan açıqlamasında ilk səfərini Azərbaycana edəcəyini bəyan edib".
Baş tutacaq səfərdə hansı məsələlərin müzakirəsinə gəlincə səfir əlavə edib ki, iki ölkə arasında münasibətlər yüksək xətlə inkişaf edir: "İlk səfərin məhz Azərbaycanda olması da inkişaf edən münasibətləri daha da irəlilətməkdir. Qeyd etməliyəm ki, bir çox vacib layihələri həyata keçiririk. Misal olaraq, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası başda olmaqla işlərimizi davam etdiririk. Təmas xəttində son günlərdə yaşanan gərginliklər də əsas gündəm mövzularından biri ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB