"Blok və qurumların, eləcə də partiyaların dağılmasının başlıca səbəbi partiya rəhbərlərinin bir-birinə düşmən mövqedə dayanmalarıdır". Bu fikirləri SİA-ya açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli düşərgədə baş verənlərə münasibət bildirərkən deyib.
Vəhdət sədrinin fikrincə, bu gün müxalifət üçün məğlubiyyətinin acısı o qədər ağırdır ki, hətta bunu özləri də etiraf etmək məcburiyyətidə qalırlar: "Müxalifət düşərgəsində təmsil olunan qüvvələr bir-birlərini qəbul etmirlər. Belə olan halda da müxalifətin tarixin arxivinə atılması qaçılmazdır. Heç vaxt müxalifət təmsilçiləri bir araya gələrək yumruq kimi birləşməyiblər və bundan sonra da bu mümkün olmayacaq. Bunun da səbəbi müxalifət partiyalarına rəhbərlik edənlərin aralarında şəxsi ambisiyalarının olmasıdır. Yəni, müxalifətin pərakəndəliyinin və bu cür ağır vəziyyətə düşməsinin günahkarları elə özləridir. Müxalifət partiya rəhbərləri heç vaxt partiya maraqlarını yox, öz maraqlarının reallaşdırmaq haqqında düşünüblər. Bu da müxalifət partiyalarının hədsiz dərəcədə zəifləməsinə gətirib çıxarır".
T.Kərimli onu da bildir ki, 20 ildən artıqdır ki, siyasətdə olan müxalifət partiyaları milli və dövlətcilik maraqlarına uyğun olaraq addım atmayıblar. Hər zaman onların atdıqları addımar separatçılığa və mənfur qüvvələrin maraqlarına yönəlik olub: "Düşünürəm ki, siyasət Əli Kərimlilik, İsa Qəmbərlilik deyil. Bu baxımdan onlar siyasətdən ayrılıb, özlərinə başqa iş yeri seçməlidirlər. Onların nəyə qadir olduqlarını, hara qulluq etdiklərini və nə işlə məşqul olduqlarını hər bir kəs çox gözəl bilir. Yaxşı olardı ki, müxalifət partiyalarına rəhbərlik edən şəxslər düşərgəni tamamilə tərk edərək getsinlər. Çünki dağıdıcı partiya sədrlərinin yalnış siyasətindən sağlam müxalifət də əziyyət cəkir".
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB