Müxalifətin "məhbus" qalmaqalı böyüyür AÇIQLAMA

Tural Abbaslı: “Müxalifət partiyaları biri-biri ilə daha sərt mübarizə aparır”
Müxalifətin "məhbus" qalmaqalı böyüyür AÇIQLAMA

"Hesab edirəm ki, belə bir vəziyyətdə ortaq məxrəcə gəlinməlidir". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı AXCP, Milli Şura, Müsavat Partiyası arasında məhbuslarla bağlı yaradılan və ayrı-ayrılıqda fəaliyyət göstərən Müdafiə Komitələri arasındakı yaşanan növbəti gərginliyə münasibətini bildirərkən deyib.

Müsavat rəsmisi həmçinin qeyd edib ki, Müsavat Partiyasının da qoşulduğu təşəbbüsə Milli Şurada təmsil olunan KXCP də qoşulub və Cəmil Həsənlinin, Əli Kərimlinin, eləcə də onları müdafiə edənlərin burada fərqli mövqe nümayiş etdirmələri anlaşılmazdır: "Bu gün müxalifət partiyaları iqtidarla siyasi rəqabət aparmaq yerinə bir-birləri ilə daha sərt şəkildə mübarizə aparırlar. Bu isə düşərgəyə kifayət qədər zərər verir".

Tural Abbaslı Cəmil Həsənlinin, Əli Kərimlinin onların daha öncə keçirdikləri tədbirlərinə dəvət olunmalarına rəğmən oraya gəlməmələrini doğru addım hesab etmədiyini bildirib: "Əgər onlar bizim növbəti tədbirimizə də gəlməsələr, onda gələcəkdə cavablarını özləri verməli olacaqlar".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə