BMT-nin müstəqil ekspertlərindən ibarət qrup Azərbaycana gəlir

BMT-nin müstəqil ekspertlərindən ibarət qrup Azərbaycana gəlir

Azərbaycanda biznes fəaliyyətin insan hüquqlarına olan təsirini qiymətləndirmək üçün BMT-nin müstəqil ekspertlərindən ibarət qrupu 18-27 avqustda ölkəyə ilk rəsmi səfərini edəcək. BMT-nin ictimaiyyətlə əlaqələr departamentindən SİA-ya verilən xəbərə görə, səfər müddətində ekspertlər Biznes və İnsan Hüquqları üzrə BMT-nin Rəhbər Prinsiplərinin həyata keçirilməsi istiqamətində cari təşəbbüslər, imkanlar və çağırışları nəzərdən keçirəcəklər.

27 avqustda, saat 13:30-da Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyində (Konfrans Zalı) keçiriləcək mətbuat konfransında İşçi Qrupu səfərin ilkin müşahidələrini media nümayəndələri ilə bölüşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə