Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan üzvü Sinan Oğan Ankarada müalicə alan Azərbaycan Silahlı Qüvvələrinin yaralı hərbçilərinə baş çəkib. SİA bu barədə Sinan Oğanın "Facebook" səhifəsinə istinadən xəbər verir.
"Azərbaycanda erməni hücumları nəticəsində yaralanan və müalicəyə gələn Azərbaycan əsgərlərini ziyarət etdik. Həm keçmiş olsun dedik, həm də hər cür dəstəyimizin onlarla olduğunu söylədik. Ayrıca həkimlərlə də görüşüb ehtiyaclarını öyrəndik. Əsgərlərimizin Azərbaycandakı ailələri ilə görüşüb övladlarının burada əmin əllərdə olduqlarını ifadə etdik" - deyə, S. Oğan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB