Bəlli olduğu kimi, ötən gün Müsavat Partiyasının rəhbər şəxslərinin iştirakı ilə iclas keçirilib və həmin iclasda İsa Qəmbərin müşaviri Hüseyn Məlik həm müşavirlikdən, həm də partiya sıralarından istefa verib. Lakin Hüseyn Məlikin istefası bir çoxlarının etirazı ilə qarşılanıb. SİA-nın mötəbər mənbədən əldə etdiyi məlumatına görə, Hüseyn Məlikin istefasından sonra buna ən çox etiraz edən tərəf digər müşavir Səxavət Əlisoy olub. O, Hüseyn Məliki bir çoxlarından fərqli olaraq, səmimi müsavatçı olduğunu deyib və Divanın ona qarşı hörtəmsizlik etməməli olduğunu qeyd edib. Səxavət Əlisoy Hüseyn Məlikin yenidən partiya sıralarına bərba olunmayacağı halda müşavirlikdən və partiyadan gedəcəyini təşkilatın rəhbər strukturlarının diqqətinə çatdırıb.
Xatırladaq ki, dünənki iclasda çıxış edən bəzi funksionerlər Hüseyn Məliki partiyanın nüfuzuna xələl gətirməkdə və qurumun qərarlarının əleyhinə addım atmaqda ittiham ediblər. Yığıncaqda Hüseyn Məlikin partiyanın müşaviri kimi fəaliyyəti mənfi dəyərləndirilərək, onun bu postdan çıxarılmasına dair xüsusi qərar verilib. Partiya başqanı İsa Qəmbər isə Hüseyn Məlikin Müsavat üzvülüyündən çıxarılıb-çıxarılmaması məsələsini Divanın səlahiyyətinə verib.
Eyni zamanda Müsavatda Hüseyn Məlikə yönələn təzyiqlərə əsas səbəb kimi onun AXCP ilə yaxın əməkdaşlıq etməsi amilinin olması da məlumatlar sırasındadır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB