Mais Səfərli: "Müxalifət uğursuzluğa məhkumdur" MÜSAHİBƏ

Mais Səfərli: "Müxalifət uğursuzluğa məhkumdur" MÜSAHİBƏ

Müxalifət düşərgəsində müxalifət təmsilçiləri tərəfindən yaradılan "Milli Şura" və "İctimai Palata" özünü doğrultmadığı halda yenidən bunlar "Milli-Strateji Düşüncə Mərkəzi" deyilən bir qurum yaradıblar. Hətta Müsavat başqanı İsa Qəmbər də qurumun sədri olub. Söz yox ki, bu qurumun da aqibəti digər məhvə məhkum olan bloklardan fərqlənməyəcək. Çünki liderçiklər yenidən mövqe savaşına çıxıb, bir-birinə qarşı ittihamlar irəli sürəcək və nəticədə böyük hay-küylə yaratdıqları "MSDM"-i buraxdıqlarını bəyan edəcəklər.

"Yurddaş" partiyasının sədri Mais Səfərli də SİA-ya açıqlamasında "MSDM"-nin perspektivinin olmadığını bildirdi: "Əgər müxalifət təmsilçilərində düşüncə qabiliyyəti olsaydı bu günə qədər müxalifət irəliyə doğru addım atardı. Demək olar ki, müxalifət bir müddət gündəmdə qalmaq üçün bu cür qurumlar yaratmaqla məşğul olurlar. Çünki onlar ayrı cür gündəmdə qala bilməzlər. Eyni zamanda, həmin qurumlarda da təmsil olunanlar yenə də eyni simalar və şəxslər olur. Müxalifət partiyalarının sədrləri irəliləmək əvəzinə, əksinə geriyə gedirlər. Bunun da səbəbi yersiz hərəkətlərə əl atmaları və yalnış siyasət yeritmələri ilə bağlıdır".

İsa Qəmbərin Müsavat başqanlığından istefa verəcəyi tədqirdə "MSDM"-in sədri kimi siyasətdə qalmağa çalışacaq. Bu, nə dərəcədə İsa Qəmbərə siyasi uğur gətirə bilər - sualını cavablandıran M.Səfərli: "Əgər İsa Qəmbər pariya başqanlığından gedirsə, bu da həmin şəxsin bu illər ərzində heç bir uğur qazana bilməməsindən xəbər verir. Yəni bu günə qədər siyasətdə heç nə əldə etməyən bir şəxsin yenidən başqa bir qurumda nə isə əldə edəcəyi inandırıcı görünmür. Səbəb də qeyd etdiyim ki, Əli Kərimlinin, İsa Qəmbərin və digərlərinin yanlış və xarici maraqlı qüvvələrin sifarişlərinə uyğun addımlar atmaları, fikirlər səsləndirmələridir. Bu baxımdan müxalifət uğursuzluğa məhkumdur", deyib.

Gülyanə Ağakərimova

Bütün xəbərlər Facebook səhifəmizdə