Peskov: “Tərəflər arasında ciddi fikir ayrılıqları olduğundan danışıqlar olduqca çətin keçdi”
Rusiya prezidentinin təşəbbüsü ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş baş tutub. Tərəflər arasında ciddi fikir ayrılıqları olduğundan danışıqlar olduqca çətin keçdi. Mövcud fikir ayrılıqları nəzərə alınarsa, keçirilən görüş olduqca aktualı idi. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.
O bildirib ki, Rusiyanın əsas məqsədi tərəfləri hər hansı bir qərarı verməyə məcbur etmədən Qafqazda sülh və sabitliyə nail olmaqdır. Hər şeydən öncə Rusiya tərəflərin özlərinin ümumi razılığa gələcəyi görüşlərin qarantı olmağa çalışır: "Rusiya Qafqazda sülh və sabitliyin olmasını istəyir. Rusiyanın təşəbbüsü ilə baş tutan danışıqların əsas məqsədi də elə budur. Rusiya belə görüşlərin qarantı ola bilər. Cənab Putin bildirdiyi kimi tərəflər bir-birinə hörmətlə yanaşmalı və xoş niyyət göstərərək Qarabağ problemini həll etməlidir. Azərbaycan və Ermənistan Rusiya üçün olduqca əhəmiyyətlidir. Çünki bu ölkələrlə müxtəlif sahələr üzrə genişmiqyaslı əlaqələrə malikdir. Qarabağ məsələsi isə öz növbəsində bütün regionun inkişafına mane olur və Rusiya onun nizamlanmasını istəyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB