Deputatlarımız Qazaxda cəbhə bölgəsəsində olub FOTOLAR

Deputatlarımız Qazaxda cəbhə bölgəsəsində olub FOTOLAR

Milli Məclisin deputatları və Müdafiə Nazirliyinin işçiləri Qazax rayonunun düşmənlə təmas xəttində yerləşən Məzəm və Abasbəyli kəndində sakinlərlə görüşüb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, görüşdə Müdafiə Nazirliyinin nümayəndəsi, Qazax şəhər İcra Hakimiyyəti başçısının müavini, şəhərin N saylı hərbi hissəsinin komandanlığı və millət vəkili Xanhüseyn Kazımlı iştirak edib.

Görüş zamanı sakinlər Milli Ordunun gücünə tam inandıqlarını, atəşkəs pozulan zaman düşmənin milli ordu qüvvələri tərəfindən dərhal susdurduğunu bildiriblər.

Müdafiə nazirliyinin rəsmisi Abdulla Qurbani və Milli Məclisin deputatı Xanhüseyn Kazımov sakinlərlə görüşündə "ordu xalqa, xalq isə orduya arxalanmalıdır"-deyə, müaciət ediblər.

Xatırladaq ki, bu gün daha bir qrup azərbaycanlı ziyalısı və Müafiə Nazirliyinin rəsmiləri cəbhənin Qazax, Ağstafa və Tovuz rayonları istiqamətində olublar və sakinlərlə, əsgərlərlə görüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə