Ceyms Uorlik: “Dağlıq Qarabağ münaqişəsinin həlli xeyli səy tələb edir”

Ceyms Uorlik: “Dağlıq Qarabağ münaqişəsinin həlli xeyli səy tələb edir”

"Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artması Dağlıq Qarabağ münaqişəsinin "dondurulmuş" münaqişə olmadığını göstərir. SİA-nın, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Amerikanın səsi" radiostansiyasına müsahibəsində deyib.

O bildirib ki, yaranan vəziyyət narahatedicidir və vəziyyətin yumşaldılması üçün təxirəsalınmaz addımlar atmaq lazımdır: " Hesab edirəm ki, buna doğru ilk addım Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə keçiriləcək görüşü olacaq. Ümid edirəm ki, bu görüş bu görüş silahlı toqquşmaların qarşısını almağa imkan verəcək".

C. Uorlik tərəflərin sülh danışıqlarına hazır olub-olmaması barədə suala cavabında belə deyib: "Sizi əmin edə bilərəm ki, hər iki prezidentlə söhbətdən sonra tərəflərin məsələnin sülh yolu ilə həlli yolunu tapmaq istədikləri qənaətinə gəlmişəm. Biz sülh danışıqlarının uğurlu gedişatına hər cür səy göstərməliyik, lakin prezidentlərin hazırlığı da zəruridir. Bununla da bizim prosesin qarşıdakı inkişafı ilə bağlı gözləntilərimiz böyükdür. Eyni zamanda, biz mövcud vəziyyətdən narahatıq. Təbii ki, tərəflərdən heç biri digərinin gözündə zəif görünmək istəmir, lakin bir şeydə əminik ki, müharibə deyil, sülh danışıqları lazımdır".

Diplomat deyib ki, hazırda Rusiyanın özündə sərhədlərdə böyük problemlər yaşayır: "ona görə də Rusiya yeni toqquşmaların baş verməsində maraqlı deyil: "Biz Rusiya tərəfi ilə səmərəli işləyirik və mən əminəm ki, Rusiya yeni problemlərdə maraqlı deyil. Biz də münaqişənin sülh yolu ilə həll edilməsinə maraq göstəririk, çünki Cənubi Qafqaz ölkələri tərəfdaşlarımızdır. Bu regionda sabitlik və sülhdə maraqlıyıq".

"Sülh haqqında qərar Ermənistan və Azərbaycandan asılıdır, problemin həlli isə xeyli səy tələb edir. Dünyadakı vəziyyət ABŞ-ı narahat edir, lakin bu, heç bir halda Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə prioritetin zəifləməsinin səbəbi deyil. Məqsədimiz Avropanı bütöv, sülh və azad şəkildə görməkdir. Dağlıq Qarabağ məsələsi Avropa üçün problemdir və ABŞ bütün tərəfləri qane edən həldə maraqlıdır. Təkrar edirəm ki, məqsədimiz Avropanı bütöv, sülh və azad şəkildə görməkdir – deyə, C.Uorlik vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə