"İlham Əliyev səfəri ilə ölkənin təhlükəsizliyinin qorunması üçün maksimum səylər göstərdiyini bir daha sübut etdi" Münasibət

"İlham Əliyev səfəri ilə ölkənin təhlükəsizliyinin qorunması üçün maksimum səylər göstərdiyini bir daha sübut etdi" Münasibət

"Bir neçə gün əvvəl baş verən erməni təxribatlarından sonra Ali Baş Komandan İlham Əliyevin cəbhə xəttinə gedərək vəziyyət ilə yerində tanış olması, vəziyyəti nəzarətdə saxlaması, həmçinin Azərbaycan təhlükəsizliyinin qorunması üçün maksimum səylər göstərdiyini bir daha sübut etdi. Bu səbəbdən ölkə başçısının cəbhə bölgəsinə səfəri Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyi yaratdı". SİA-nın xəbərinə görə, bunu millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Prezidentin operativ hərbi müşavirə keçirməsi və söylədiyi fikirlər Azərbaycanın Dağlıq Qarabağ məsələsində prinsipial mövqeyini bir daha ortaya qoydu: "Ermənistan diversiya qruplarına Azərbaycan Ordusunun layiqli cavab verməsi ordumuzun yüksək keyfiyyət göstəricisi idi. Mövcud qarşıdurma Ermənistan ordusunun zəifliyini, ruh düşgünlüyünü, ən əsası isə Ermənistan siyasi rəhbərliyinin avantüralarda iştirakını göstərdi. Prezident hərbçilər qarşısında çıxışında Azərbaycanın torpaqlarını heç kimə güzəştə getməyəcəyini, ərazi bütövlüyünü bərpa etmək üçün bütün imkanlardan istifadə edəcəyini bildirdi. Prezidentin səfəri və çıxışı ümumən Azərbaycanın milli maraqlar məsələsində geri çəkilməyəcəyini, onları həyata keçirmək üçün maksimum səylər göstərəcəyini bir daha bəyan etmiş oldu. Ümumilikdə Prezidentin cəbhə bölgəsinə səfəri, məcburi köçkünlərlə görüşü, hərbçilər qarşısında yeni vəzifələr qoyması Azərbaycan cəmiyyətinin bugünki istəklərinə tam cavab verir".

Bütün xəbərlər Facebook səhifəmizdə