Fransa Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində son günlər itkilərə səbəb olan gərginliyin artmasından narahatlığını ifadə edib. SİA bu barədə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən olan Fransanın Xarici İşlər Nazirliyinin (XİN) saytına istinadən xəbər verir.
Məlumatda bildirilir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll oluna bilər: "Fransa tərəfləri atəşkəs haqqında sazişə əməl etməyə, yeni insidentlərdən qaçmaq üçün gərginliyin azaldılması istiqamətində təcili tədbirlər görməyə çağırır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB