Uilyam Lahue: “NATO baş verənlərdən narahatdır”

Uilyam Lahue: “NATO baş verənlərdən narahatdır”

"NATO son günlər Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən gərginlikdən narahatdır". SİA-nın xəbərinə görə, bu barədə NATO-nun Cənubi Qafqazda əlaqələndirici nümayəndəsi Uilyam Lahue jurnalistlərə verdiyi açıqlamasında bildirib.

Uilyam Lahue vurğulayıb ki, NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləməkdə davam edəcək: "NATO Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır. Münaqişədə gərginliyin yaranması yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütün regionun sabitliyi üçün təhdiddir və hər iki tərəf bu gərginliyi aradan qaldırmaq üçün tədbirlər görməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə