"Zərdüşt Əlizadə də Leyla Yunusun bir tayıdır. Bu adamlar bütün ömürlərini müstəqil Azərbaycanın əleyhinə yönəldiblər". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı ordumuzun Tərtər-Ağdam istiqamətində 13 şəhid verdiyi bir vaxtda bir qrup azərbaycanlı gəncin Gürcüstanda ermənilərlə ortaq müsabiqədə iştirak etməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Zərdüşt Əlizadə də Leyla Yunus kimi dövlətimizə düşmən kəsilənlərdəndir: "Bir gündə ölkəsinin 13 gəncini şəhid etmiş və son 20 ildə Azərbaycan xalqının başına olmazın müsbətlər açmış ermənilərlə indiki vəziyyətdə hansı sülhdən danışmaq olar?! Zərdüşt Əlizadə hələ qanmır ki, bu cür çağırışlar birbaşa erməni milli maraqlarına xidmət edir? Bu adam elə qəsdən bu cür çağrışlar edir. Müəyyən beynəlxalq təşkilatlara "göstərmək" istəyirlər ki, Azərbaycan tərəfindən "sülhə çağrış" var. Buna görə də Gürcüstanda bu cür tədbirlər keçirirlər. Azərbaycana nifrət bəsləyən Zərdüşt Əlizadə də bu cür layihədə canla-başla işttirak edir".
BAXCP rəsmisi vurğulayıb ki, biz Azərbaycan xalqı olaraq o vaxt erməni ilə barışa bilərik ki, ermənilər bütün dünyanın da tanıdığı Azərbaycan torpaqlarından qeyri-şərtsiz qoşunlarını çıxartsın: "Yalnız bundan sonra Ermənistanla normal qonşuluq siyasəti aparıla bilər. Hamı bilir ki, müharibələr əbədi olmur və sonda normal münasibətlər yaranır. Bu isə şərəfli sülhdən sonra olur. Zərdüşt Əlizadənin indiki vəziyyətdə belə bir addım atması milli maraqlarımıza birbaşa zərbədir. Ermənilərlə barışmalıyıq demək və "xalq diplomatiyası" adı altında Ermənistana adam aparmaq şərəfsiz insanların işidir. Bu adam Azərbaycanın müstəqiliyini qəbul etmədiyinə görə, bu cür addımlar atır!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB