ABŞ Dövlət Departamenti (DD) Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində xeyli sayda insan itkisinə yol açan zorakılığın artması ilə bağlı dərin narahatlığını ifadə edib. SİA-nın xəbərinə görə, bu barədə Vaşinqtonda Dövlət Departamentinin nümayəndəsi Cen Psaki brifinqdə bildirib.
Həlak olanların ailələrinə başsağlığı verən Cen Psaki tərəfləri gərginliyin azaldılması üzrə dərhal tədbirlər görməyə və atəşkəs sazişinə hörmət etməyə çağırıb: "Biz həlak olanların ailələrinə başsağlığı verir və tərəfləri gərginliyin azaldılması üzrə dərhal tədbirlər görməyə və atəşkəs sazişinə hörmət etməyə çağırırıq. Bu münaqişənin hərbi yolla həlli ola bilməz. Qisas və zorakılığın davamı yalnız sülh nizamlanması imkanının çətinləşdirə bilər. Minsk qrupunun həmsədri kimi ABŞ əvvəlki kimi tərəflərə münaqişənin nizamlanmasında kömək etməyə hazırdır. Biz ənənəvi olaraq bu məsələlər üzrə dialoqun davam etdirilməsi üçün tərəflərin görüşlərini dəstəkləməyə hazırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB