Daha bir əsgər itirdik

Azərbaycan Ordusu daha bir əsgərini itirib. SİA-nın xəbərinə görə, hadisə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 19 yaşlı Murad Mahir oğlu Səmədov tabeliyindəki avtomat silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən dünyasını dəyişib.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə