Elçin Mirzəbəyli: “ “Twitter”də həmsədrlik fəaliyyəti ilə məşğul olan Ceyms Uorlik...”

Elçin Mirzəbəyli: “ “Twitter”də həmsədrlik fəaliyyəti ilə məşğul olan Ceyms Uorlik...”

"Beynəlxalq ictimaiyyətin son günlər cəbhədə baş verən hadisələrə səssiz qalması gözlənilən idi. Hesab edirəm ki, burada qeyri-adi heç nə yoxdur". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli deyib.

O bildirib ki, "Twitter"də həmsədrlik fəaliyyəti ilə məşğul olan ATƏT-in Minsk qrupunun ABŞ-lı həmsədri Ceyms Uorlikin hadisələrə twitt formasında belə real mövqeyi yoxdur: "Bu gün Ukraynada baş verən proseslərə daha çox diqqət yetirən, hətta buna görə Rusiya ilə münasibətlərini kölgə altına qoyan Qərb təəssüflər olsun ki, işğal altında olan Azərbaycan ərazilərində ermənilərin təxribatlarına göz yumur . Bunun səbəblərindən biri geosiyasi maraqlarla bağlıdır. Eyni zamanda Azərbaycanın yürütdüyü müstəqil mövqe, siyasət digər dövlətlərin maraqlarına xidmət etmir. Bu baxımdan da himayə etdikləri Ermənistanın hərəkətlərinə göz yumurlar".

"Azərbaycanla bağlı bu mövqe ilk dəfə deyil ki, sərgilənir. Hazırki şərait sübuta yetirir ki, beynəlxalq ictimaiyyətdən, təşkilatlardan obyektiv mövqe gözləməyə dəyməz. Hesab edirəm ki, Azərbaycan öz gücünə və potensialına güvənərək torpaqlarını işğaldan azad etməlidir" - deyə, E.Mirzəbəyli vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə