Musa Quliyev: "Ermənistan ovçu deyil, ovçunun tulasıdır"

Musa Quliyev: "Ermənistan ovçu deyil, ovçunun tulasıdır"

"Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların ailə üzvlərinə, yaxınlarına başsağlığı verirəm, yaralılarımıza şəfa diləyirəm". Bu fikirləri SİA-ya açıqlamasında YAP Saiyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev son günlər cəbhədə baş verən hadisələrə münasibətini bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, son günlər cəbhə bölgəsində baş verən döyüşlər bir daha göstərdi ki, Azərbaycan ordusu çox qüdrətli bir ordudur və Azərbaycan əsgəri Vətənin səngərində ayıq-sayıq dayanıb: "Düşmən öz təxribatı ilə nə qədər namərd olduğunu sübut etmiş oldu. Dəfələrlə müsahibələrimdə demişəm ki, Ermənistan ovçu deyil, ovçunun tulasıdır. Azərbaycan ordusunun düşmənə layiqli cavabından sonra Ermənistanın xarici işlər və müdafi nazirləri ATƏT-ə və digər təşkilatlara müraciət edərək qorunmaq istədiklərini deyiblər. Bu hünərə malik deyilsinizsə, gedin öz xarabanızda oturun! Onu da deyim ki, son olaraq atəşkəsin pozulması və Azərbaycan orlusunun layiqli cavabı düşünürəm ki, erməniləri ağıllarını başlarına yığmağa və konstruktiv sülh danışıqlarına gəlməyə vadar edir. İnanıram ki, yaxın vaxtlarda prezidentlərin Soçidə görüşündə ermənilər danışıqlar masasına gələcək. Sevindirici haldır ki, Qarabağ problemi ilə bağlı bütün vətəndaşlarımız Vətənin müdafiəsinə, torpaqlarımızın azad olmasına hazır olduqlarını bildirdilər. İnanırıq ki, yaxın müddətdə bu qələbəbimizin şahidi olacağıq".

Rəfiqə Kamalqızı

Bütün xəbərlər Facebook səhifəmizdə