Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri cəbhə xətti boyu uçuşları davam etdirir. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, təyyarələr bu gün səhər saatlarından etibarən təmas xətti boyu müşahidə xarakterli uçuşlar həyata keçirir.
Təyyarələrin Ağdam, Goranboy, Tərtər, Füzuli, Beyləqan və Xocavənd istiqamətində uçuşları müşahidə olunur.
Qeyd edək ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 130 dəfə pozulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB