Millət vəkili Qənirə Paşayeva ordumuzun yaralanmış giziri Yaşar Hüseynova təşəkkür edib. SİA bu barədə millət vəkilin "Facebook" səhifəsinə istinadən xəbər verir.
"Gizir Hüseynov Yaşar Əhəd oğlu! Bu gün Hospitalda onun əlini sıxmaqdan və tanımaqdan qürur duydum. Belə oğullarla hamımız fəxr etməliyik. Ermənistan Silahlı Qüvvələrinin təxribatlarına layiqli şəkildə cavab verən zaman qolundan yaralanmasına, ağrılara baxmayaraq döyüşü davam etdirən və düşmən ordunun 6 əsgər və hərbiçisini məhv edərək şəhidlərimizin intiqamını alan qəhrəman bir qardaşımız. Səninlə və səninlə bərabər düşmənə layiqli cavab verən bütün qardaşlarımızla fəxr edirik. Yaralı olmana baxmayaraq, sənin cəsarətin, ağrılara belə əyilməmən, yaralarım bir az yaxşılaşan kimi qayıdıram düz ön cəbhəyə demən gözümün qarşısından getmir. İnanırıq ki, sizin kimi oğulların sayəsində biz Ali Baş Komandanımızın, cənab Prezidentin rəhbərliyi altında Ermənistanın işğalı altında olan torpaqlarımızı da işğaldan azad edəcəyik. Səni kimi oğulların sayı daha da çoxalsın. Bütün dualarımız səninlədir. İnşallah, Allahın və həkimlərimizin yardımı ilə tezliklə sağalacaqsan. Yaşar qardaşımızdan dualarınızı əksik etməyin"- deyə, millət vəkili statusunda qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB