YAP-dan olan millət vəkilləri şəhidlərin yas mərasimlərində iştirak edir

YAP-dan olan millət vəkilləri şəhidlərin yas mərasimlərində iştirak edir

Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının üzvləri son günlər cəbhədə baş verən təxribat nəticəsində şəhid olan hərbiçilərimizin yas mərasimlərində iştirak edirlər. Bu barədə SİA-ya millət vəkili Məlahət İbrahimqızı məlumat verib.

Millət vəkili vurğulayıb ki, verilən şəhidlər yalnız həmin ailənin deyil, onlar bütün xalqımızın övladlarıdır: "Onlar vətənimiz, ərazi bütövlüyümüz, suverenliyimiz uğrunda şəhid olublar. Ona görə də bizim hər birimiz bu gün şəhidlərimizin ailələrinin yanında olmalıyıq. Yeni Azərbaycan Partiyası hər zaman belə məsələlərə həssaslıqla yanaşır. Çünki bu bizim vətəndaşlıq borcumuzdur".

Qeyd edək ki, millət vəkili Məlahət İbrahimqızı və Sevinc Hüseynova Salyan, Masallı, Biləsuvardan olan şəhidlərin, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva isə Qubada yas mərasimində iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə