Ötən gecə düşmənlə döyüşdə yaralanan hərbçilərimiz Bakıya göndərilib
Ötən gecə cəbhənin Ağdam və Tərtər istiqamətində ermənilərin Azərbaycan Ordusunun mövqelərinə hücum cəhdini dəf edərkən yaralananlar Bakıya göndərilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, yaralılar iki helikopterlə paytaxtdakı hərbi hospitala götürülüb.
Xatırladaq ki, avqustun 1-dən 2-nə keçən gecə erməni kəşfiyyat-təxribat qrupu cəbhənin Ağdam-Ağdərə istiqamətində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara növbəti dəfə basqın etməyə cəhd göstəribötən gecə Ağdam və Tərtər istiqamətlərində atəşkəsin pozulması nəticəsində 4 Azərbaycan hərbçisi şəhid olub, bir neçə nəfər isə yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB