Sumqayıtlılar da şəhidini dəfn etdi YENİLƏNİB

Sumqayıtlılar da şəhidini dəfn etdi YENİLƏNİB

Bu gün cəbhə xəttində düşmənin həmləsini dəf edərkən şəhid olan Sumqayıt şəhərindən hərbi xidmətə çağırılmış 1995-ci il təvəllüdlü Abdinov Hüseyn Etibar oğlu Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub. SİA-nın məlumatına görə, dəfn mərasimində Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov Sumqayıt şəhər İcra Hakimiyyətin başçısı Eldar Əzizov, onun müavinləri, millət vəkilləri Musa Qasımlı, Eldar İbrahimov, Hüseynbala Mirələmov, YAP Nərimanov rayon təşkilatının sədri Təhmiraz Tağıyev, hüquq-mühafizə orqanların işçiləri, şəhidin qohum-əqrəbası, ictimaiyyət nümayəndələri və şəhidin xidmət etdiyi hərbi hissənin təmsilçiləri iştirak ediblər.

Qeyd edək ki, Sumqayıt şəhərindən hərbi xidmətə çağırılmış H. Abdinov cəbhə xəttində düşmənin həmləsini dəf edərkən ağır yaralanmışdı və ötən gün hospitalda vəfat edib.

Allah Rəhmət eləsin!!!

Ceyhun Eyyubov

Bütün xəbərlər Facebook səhifəmizdə