Düşmən basqın etməyə cəhd göstərib

Düşmən basqın etməyə cəhd göstərib

Avqustun 1-dən 2-nə keçən gecə erməni kəşfiyyat-təxribat qrupu cəbhənin Ağdam-Ağdərə istiqamətində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara növbəti dəfə basqın etməyə cəhd göstəriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Silahlı Qüvvələrimizin bölmələrinin hərbi qulluqçularının göstərdiyi şücaəti nəticəsində düşmənin cəhdinin qarşısı qətiyyətlə alınıb. Düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə