Gizirimiz dəfn olundu

Ötən gün cəbhə xəttində düşmənin həmləsini dəf edərkən şəhid olan gizir 1977-ci il təvəllüdlü Almazov İsə Ziyad oğlu bu gün doğulduğu Cəfərli kəndində torpağa tapşırılıb. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, dəfn mərasimində rayonun İcra Hakimiyyətin başçısı və aparatın nümayəndələri, hüquq-mühafizə orqanların işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib. Həmçinin şəhidin xidmət etdiyi hərbi hissinin təmsilçiləri dəfn mərasiminə qatılıblar.

Qeyd edək ki, Almazov İsə Riyad oğlu baş nahiyyəsindən vurulduğundan elə postda dünyasını dəyişib. 37 yaşlı şəhidin 4 övladı var.

Allah rəhmət etsin!

Bütün xəbərlər Facebook səhifəmizdə