“Ötən gün 51 erməni əsgəri həlak olub, 35-i yaralanıb” Erməni jurnalistdən şok açıqlama
Ermənistan silahlı birləşmələri ötən gecə cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozaraq Azərbaycan ordusunun nəzarətində olan ərazilərə soxulmağa cəhd göstərib. SİA-nın məlumatına görə, 3 gün ərzində davam edən şiddətli atışmalarda Azərbaycan ordusunun 8 hərbçisi şəhid olub.
Bu arada erməni mətbuatında dərc edilən digər bir xəbər Ermənistan cəmiyyətində ciddi qalmaqala səbəb olub. Belə ki, əsasən Dağlıq Qarabağ konflikti barədə reportajlar hazırlayan erməni jurnalist Eduard Abramyan sosial şəbəkələrdə sensasiyalı bir məlumatla çıxış edib.
Erməni ekspert "twitter" səhifəsində qeyd edib: "Ötən gün səhər saatlarına qədər şiddətli döyüşlər gedib və Ermənistan tərəfi 51 nəfər əsgərini itirib, 35 nəfər isə müxtəlif dərəcəli xəsarət alıblar. Ermənistan hakimiyyəti ölkədə baş verə biləcək kütləvi etirazlardan ehtiyyatlanaraq, bu məlumatı məxfi saxlamağa çalışır".
Qeyd edək ki, Ermənistanın yüksək dairələri ilə yaxın əlaqələrə malik erməni jurnalistin bu açıqlaması sosial şəbəkələrdəki erməni istifadəçilərin ciddi müzakirələrinə səbəb olub və ermənilər Serj Sarkisyanı istefaya çağırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB