Natiq Məmmədli: “Leyla Yunusa qarşı irəli sürülən ittihamlar tam obyektivdir”
"Leyla Yunusun həbs olunması gözlənilən idi. Çünki hüquq müdafiəçisi adı altında faktiki olaraq Azərbaycan xalqına, dövlətinə qarşı fəaliyyət göstərirdi". Bunu SİA-ya "Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli deyib.
N. Məmmədli bildirib ki, Leyla Yunus Azərbaycanda beşinci kolonun "görkəmli" xadimi kimi çoxdan həbs olunmalı idi: "Leyla Yunusun özü də dəfələrlə bildirmişdi ki, özünü Azərbaycan xalqı içərisində partizan kimi hiss edir. Azərbaycan xalqı da uzun illərdir ki, yalnız Ermənistanla müharibə vəziyyətindədir. Hesab edirəm ki, onun hansı ölkənin partizanı olduğunu sübut etməyə ehtiyac yoxdur. Azərbaycan xalqını dəfələrlə aşağılayan, dövlətimizə qarşı qara yaxan fəaliyyətlə məşğul olub, çörəyi ancaq Azərbaycanı söyməkdən və qara yaxmaqdan çıxıb. Hesab edirəm ki, ona qarşı irəli sürülən ittihamlar tam obyektivdir. Əslində bu, bir qədər də gecikmiş ittihamlardır".
N. Məmmədli "Amnesty İnternational" təşkilatının Leyla Yunusla bağlı verdiyi bəyanata da münasibət bildirib: "Bu kimi beynəlxalq hüquq müdafiə təşkilatlarının belə bəyanat vermələri gözlənilən və başa düşüləndir. Çünki, bizim onlardan başqa mövqe gözləməyimiz sadəlövhlük olardı. Onların missiyası məhz belə insidentlər olanda canfəşanlıq etmək və bəyanat verməkdən ibarətdir. Bizim üçün vacib olan məsələ xalqın, dövlətin maraqlarıdır. Ümumiyyətlə belə hüquq mühafizə təşkilatlarının mövqeyi bizim üçün önəmli deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB