Partiya sədri: ““Amnesty İnternational” kimi təşkilatlara qarşı qətiyyətli olmaq lazımdır”
"Biz həqiqəti əks etdirməyən, qərəzli ultimatumlara fikir verməli deyilik. Çünki, Azərbaycan müstəqil dövlətdir və qanunlarla idarə olunur". Bunu SİA-ya Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı "Amnesty İnternational" təşkilatının Leyla Yunusun həbsi ilə bağlı yaydığı bəyanata münasibət bildirərkən deyib.
F.Ağamalı bildirib ki, Leyla Yunus uzun illərdir ki, Azərbaycanın dövlət maraqlarına ciddi zərbələr vurmaqda, yalançı dosyelərlə Azərbaycanı sevməyən qüvvələrə dövlətimizi təhdid və təzyiq göstərmələri üçün əsaslar verməkdə idi: "Leyla Yunus çirkin bizneslə məşğul olmaqla yanaşı, erməni lobbisi, siyasətçiləri və dövləti ilə sıx əməkdaşlıq edərək Azərbaycanın milli maraqlarını ayaqlar altına atıb. Təəssüf edirəm ki, Leyla Yunusla bağlı atılan addımlar çox gecikdi. Çünki, o, illərdir Azərbaycan xəyanət etməkdə, dövlət maraqlarımızı ermənilərə pulla satmaqda idi. Erməni lobbisinin təsiri altında olan, eyni zamanda Azərbaycana qarşı duran, anti-Azərbaycan mövqe sərgiləyən və bu baxımdan koalisiya təşkil edən qüvvələrin Azərbaycan qarşı bu cür bəyanatlarına fikir vermək lazım deyil".
Partiya sədri deyib ki, Leyla Yunus kimi adamların vaxtı keçib: "Ola bilsin ki, 10-15 il bundan öncə Leyla Yunus üçün münbit şərait var idi. Artıq o cür şərait Azərbaycanda yoxdur. Çünki, Azərbaycanın hüquq-mühafizə sistemi yetərincə dövlətimizin təhlükəsizliyinin keşiyində durur. Birmənalı şəkildə bəyan edirəm ki, Leyla Yunus kimilərinə aman olmalı deyil. Hesab edirəm ki, qanunun bütün gücü ilə sərt mövqe nümayiş etdirilməlidir. Onun bütün əməlləri, Azərbaycana vurduğu zərbələr faktlarla ortaya qoyulmalı və geniş ictimaiyyətə çatdırılmalıdır".
"Vəziyyət o yerdədir ki, Ukraynadan Fəhmin Hacıyev beşinci kolonu Leyla Yunusun müdafiəsinə çağırır. Bu o deməkdir ki, Leyla Yunus həm də Rusiyanın xüsusi xidmət orqanları ilə birbaşa bağlıdır. Ona görə də bu və ya buna bənzər sərsəm bəyanatlar bizi narahat etməli deyil. Hesab edirəm ki, Azərbaycan KİV-ləri də belə təşkilatlara qarşı çox qətiyyətli mövqe nümayiş etdirməlidir, deyə F.Ağamalı vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB